Gənclərin kompüter qarşısında çox vaxt keçirmələri görmə qabiliyyətinin zəifləməsinə və ya göz xəstəliklərinə səbəb olur. Müasir dövrümüzdə gənclər arasında tez-tez baş verən göz yorğunluğunun və qurululuğun başlıca səbəbi məhz komputer şüalarıdır. Adətən monitor qarşısında olan insanların gözləri tək bir nöqtəyə zillənir və nəticədə göz yorulur. Normal halda insan dəqiqədə 25 dəfə gözünü qırpır. Ancaq monitordan istifadə edərkən göz qırpma sayı 10 dəfədən az olur. Bu da gözlərdə quruluğa, göz yorğunluğuna gətirib çıxarır.
Kompüterin gözə və görmə qabiliyyətinə bu kimi mənfi təsirinin qarşısını almaq üçün bir sıra tədbir üsullarından istifadə etmək məsləhət görülür. İlk növbədə ekranın yeri və qoyulma forması gözləriniz üçün çox vacibdir. Monitor gözlərimizdən 50-70 sm uzaq olmalıdır həmçinin baxdığımız ekran bizim gözümüzdən 10 sm aşağı səviyyədə olmalıdır. Ekranın təmiz olması vacib şərtlərdən biridir. Ekran qarşısında oturduğunuz hər saatın əvvəlində gözlərinizi bağlayaraq 10 dəqiqəlik fasilə verin. Linza taxırsınızsa, gözləriniz daha tez quruyacaq. Bunun qarşısını isə göz damcıları ilə almaq olar. Monitorun qarşısında tez-tez şüurlu şəkildə gözlərinizi qırpmalısınız. qırpma, gözlərin quruluğunu aradan qaldıraraq rahatlamasına kömək olur. Kompüter qarşısında əyləşdiyiniz otağın havası çox quru olmamalıdır. Otaqda nəmləndirmənin normal olması sizin rahatlığınız üçün vacibdir. Eyni zamanda otağın havasını da tez-tez dəyişdirmək lazımdır.
Gününüzün çox hissəsini kompüter qarşısında keçirirsinizsə ildə bir dəfə həkim-oftalmoloqa müraciət edin.