İnformasiya texnologiyaları əsrində yaşamağımızla fəxr etsək də, nəticədə sağlamlığımız təhlükə altındadır. Statistikaya görə, hər dörd, bəzən də üç nəfərdən biri bel ağrısından şikayətlənir.
Doğru oturmaq, yerimək-gözəl qamət yaradır!
Onurğa sütunu problemlərinin hələ uşaq yaşlarından “pöhrələnir”. Məktəbdə parta, evdə stol arxasında doğru şəkildə oturmamaq, hərəkətsizlik, xüsusi dartınma idmanlarını etməmək buna səbəb ola bilir. Valideynlərin nəzarəti xüsusi rol oynayır. Bəzən uşaqların yanlış hərəkətləri dayaq sisteminə mənfi təsir göstərir. Gələcəkdə bel əyriliyi, onurğa sütunu xəstəliklərin meydana gəlməsinə səbəb olur.
Bel yırtığı nədir?
Məlum olduğu kimi, onurğa sütunu 33 fəqərədən ibarətdir. Onurğa sütunu fəqərələri arasındakı kanalda həyatımız üçün vacib olan onurğa beyni yerləşir. Məlumdur ki, bu hissənin travma alması nəticəsində insan müxtəlif orqanlarından (xüsusən ətrafların hərəkətindən) məhrum ola bilər.
Hazırda xüsusən gənclərdə və orta nəsildə onurğa sütundakı problemlər çoxluq təşkil edir. Bəzən bu problemlər əməliyyat stolunda həll edilmək kimi vəziyyətə çatır. El arasında bel “qrija”sı kimi tanınan, bel yırtığı da onurğa sütünu xəstəliyin ən ağırlarındandır. Fəqərəarası disklərin elastik quruluşa malik olması onurğanın hərəkətliliyini və yüklənməyə qarşı davamlılığına xidmət edir. Disklərin iç hissəsində (pulpoz nüvə) jeleyəbənzər sahə, çol səthində isə (filroz həlqə) xüsusi təbəqə var. Bu nizamlılıq pozulduğunda qorxduğumuz “qrija” meydana gəlir. Bel yırtığı özü də bir neçə mərhələni keçdikdən sonra ortaya çıxır. Şərt odur ki, əvvəlki mərhələdə onun qarşısı alınsın.