Populyar məqalələr

Kəllə-beyin travmasi (Travmatik kəllə-beyin zədələnməsi)

Travmatik beyin zədələnməsi və ya kəllə-beyin travması (KBT) inkişaf etmiş ölklərin bir sırasında, yaşı 1-dən 45-dək olan şəxslər arasında aparıcı ölüm səbəbidir. Beyin zədəsindən sağ qalmış xəstələrin bir çoxu ağır əlillik qazanmış olur ki, bu da cəmiyyətin sosial və iqtisadi yükünün artmasına gətirib çıxarır.

Neyrogörüntüləmə
Kəllə-beyin travmasının kəskin fazasında KT görüntüləməsinə üstünlük verilir. KBT almış xəstələrdə beyinin və kəllə sümüklərinin KT-i mümkün qədər tez həyata keçirilməlidir. KT kəllə sümüklərinin sınıqları, kəllədaxili hematomalar və serebral (beyin) ödeminin müəyyən edilməsinə yardım edir. Xəstənin kliniki vəziyyətində hər hansı pisləşmə baş verərs, KT görüntüləməsi yenidən aparıla bilər.

Cərrahi müalicə 
Xəstənin təxirəsalınmaz cərrahi əməliyyat olunması bir başa QKŞ əsasında vəziyyətinin qiymətləndirilməsindən və kəllənin KT görüntüləməsindən (məs., kəllədaxili hematomanın böyük həcmi və ya qalınlığı və kütlə təsirinin mövcudluğu və ya beyinin orta xəttinin pozulması) asılıdır.

Neyrocərrah Dr. Coşqun Məmmədov


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):