Populyar məqalələr

Miqren haqqında bilmədiklərimiz

Birincili baş ağrıların çox rast gəlinən növüdür. Miqrenin bir neçə növü var: 

  1. Auralı miqren
  2. Aurasız miqren
  3. Retenal miqren
  4. Uşaq yaşın miqreni
  5. Miqren komplikasyonları

Miqren ağrılar ataklar şəklində ortaya çıxır. 4 saatdan 72 saata kimi çəkə bilir. Əsasən başın bir tərəfində və ya iki tərəfində də ola bilir. Başın arxa tərəfində ənsə və göz ətrafı nahiyədə olur. Ağrılar ürək döyüntüsü şəklində olur. Ağrının xarakteri orta və şiddətli olur. Bəzən fiziki aktivlik ağrının şiddətini artırır. Xəstənin günlük həyat aktivliyini azaldır. 

Bulantı, qusma, işiğa, səsə, qoxuya qarşı həssaslıq artır. Miqren baş ağrılarının 80-85%-i aurasız, 10-15%-i auralı miqren olur. Aura baş ağrısı ataklarında ağrıdan əvvəl dəqiqələr içində yavaş olaraq inkişaf edən 5-20 və 60 dəqiqəyə qədər sürən keçici fokal nevroloji simptomplardır. 

Aura simptomplarına aiddir - görmə aurası (gözün önündə qara bulanıq kölgələr görmək hissi şəklində olur) qolunda, üzündə, dodaqda keyimə, qolda hərəkətsizlik, beyin sapı pozğunluqları( baş gicəllənmə, qusma, ataksiya-yerişin dəyişilməsi) şəklində olur.

Müasir dövrdə miqrenin müalicəsi növünə görə təyin edilir və miqren xəstəliyini tam sağaltmaq mümkündür.

Nevropatoloq Dr. Mərziyyə Muxtarova


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):