Populyar məqalələr

Sevginin insan orqanizminə təsiri

Sevgi dünyanın ən ali hisslərindən biridir. Bu hissi yaşayan insanlar özlərində baş verən müsbət dəyişiklikləri hiss edirlər. Sevgi insana güc, cəsarət, qüvvət verir. Həyatının daha da gözəlləşdiyini hiss edən insanın orqanizminə  bu hissin təsiri böyükdür. Insan daxilində sevinc harmonları yaradan hiss müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi  əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Sevgi  emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir.  Əsrlər boyu gündəmdən düşməyən və haqqında minlərlə şeirlər,qəzəllər, nağıllar, rəvayətlər, əfsanələr, nəğmələr, mahnılar yazılan sevgi insan daxilində bahar yaradır.  Ümumiyyətlə, təbabətdə məhəbbət – xüsusi psixi sindrom növü kimi qəbul edilməsə də, onun yaranması və inkişafı istənilən digər psixi sindromdan heç nə ilə fərqlənmir və beyində olduğu müddətdə subyektin davranış və düşüncəsinə, ətraf aləmə münasibətinə və s. aktiv təsir göstərir.

Tanınmış Fransa yazıçısı  Fransua de Laroşfuko sevgi haqqında “Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb”-söyləmişdir. Həqiqətən də, sevgi gözlə görülməyən və yalnız hisslərin əsiri olan bir duyğudur. Hər insana da bu saf duyğunu yaşamaq nəsib olmur. Odur ki, sevgidiyiniz və seçdiyiniz insana dəyər verin ve sevginizi qoruyun! 


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):