Xəbərlər

Sağ üst Lobektomiya əməliyyatı

Sağ üst Lobektomiya əməliyyatı Mərkəzi Klinikanın uşaq cərrahı, uşaq cərrahəyyəsi və urologiyası uzmani Dr.Fuad Hüseynov tərəfindən uğurla icra olundu. 

Ağciyərin olduqca nadir rast gəlinən anadangəlmə inkişaf qüsuru ilə doğulan və hazırda 9 aylıq körpəmiz haqqında.

Sağ ağciyər üst payının lobar emfizeması, yəni sağ ağciyər üst pay həddindən çox havayla dolu ölü boşluq şəklində ağciyərin digər paylarını sıxaraq açılmağa icazə vermirdi .

Nəticədə davamlı tənginəfəslik,öskürək ,xroniki ağciyər infeksiyası mövcud idi..

Sağ üst Lobektomiya (həmin pay çıxarıldı) uğurla icra edildi.

Əməliyyatdan sonrakı rentgendə ağciyərin digər paylarlarının tamamilə açıldığı görülür.

Uşaq tam sağlam şəkildə evə yola salındı.

Əməyi keçən kollektivimizə təbriklər və təşəkkürlər. 


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):