Körpələrdə tremor-əzələ gərilmələri nəticəsində yaranan titrəmələr-fizioloji və pataloji ola bilər. Baş, çənə, dodaqlar, əllər və ayaqlarda əsmə şəklində görünə bilir. Səbəbi emosional və fiziki gərginlik zamanı tam yetkinləşməmiş böyrəküstü vəzlərin noradrenalini kontrolsuz ifrazı və sinir sisteminin hərəkətləri idarə edən koordinator mərkəzlərinin qeyri yetkinliyidir.
Fizioloji tremor ağlamaq, qorxu, həyəcan, aclıq, üşümə və s. səbəblərdən meydana çıxa və körpənin 3 ayına qədər davam edə bilər. Patoloji tremor görünən bir səbəb olmadan ortaya çıxır, daha intensiv olur, uzun müddət davam edir, mərkəzi və ya periferik sinir sistemi patologiyası nəticəsində yaranır. Hər hansı əsməsi olan körpənin nevroloji müayinəsi vacibdir.