Xəbərlər

Sağlam həyata qovuşan körpə

Dr. Dilarə Bayramovanın səyi nəticəsində daha bir körpəmiz sağlam həyatına davam edir.

26.03.2016 tarixində Mərkəzi Klinik Xəstəxanaya 2013 təvəllüdlü İ.B daxil müraciət etmişdir. Xəstənin anamnezindən bəlli olur ki, doğulandan 4 ay sonra fiziki və psixomator inkişafın ləngiməsindən, eyni zamanda 1.5 ildir ki, xroniki ishallardan əziyyət çəkir. Xəstəxanamıza müraciətin səbəbi keçirilmiş xəstəliklər fonunda meningitlə ağırlaşması olmuşdur. Meningitə səbəb onurğa beyin mayesində aşkar olunan E. koli olmuşdur. Daxil olurkən vəziyyəti çox ağır idi. Dr. Dilarə Bayramovanın müşahidəsi altında stasionar müalicəyə başlanıldı. Xəstə yaxşılaşma ilə evə göndərildi. Stasionar və ambulator müalicələr fonunda xəstənin ümumi vəziyyəti qənaətbəxşdir. 


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):