Mərkəzi Klinikada ilk dəfə pediatr qastroenteroloq Dr. Dilarə Bayramova tərəfindən Elmi Tədqiqat Hematalogiya İnstitutunda “betta talassemiya” dioqnozu ilə müalicə alan və “sümük iliyi transplantasiyası”na hazırlanan xəstə 2011 –ci il təvəllüdlü F.M. “qaraciyərin incə iynə biopsiyası” icra olunmuşdur. Əməliyyat uğurla icra edilmişdir. Xəstənin vəziyyəti stabildir. Qeyd etmək istərdik ki, qaraciyer USM müayinəsi altında incə iynə biopsiyaları uşaqlarda Dr. Dilare Bayramova tərəfindən icra olunur.
Mərkəzi Klinikada "Qaraciyərin incə iynə biopsiyası" icra edildi

