Xəbərlər

Anadangəlmə çoxsaylı inkişaf qüsurları ilə doğulan körpə uğurla əməliyyat olundu

Anadangəlmə çoxsaylı inkişaf qüsurları ilə doğulan körpə Mərkəzi Klinikanın Uşaq Cərrahiyyəsi və urologiyası uzmanı Dr. Fuad Hüseynov tərəfindən uğurla əməliyyat olundu.

Başqa klinikada doğulan körpə anus dəliyinin olmaması səbəbiylə Mərkəzi Klinikaya göndərilmişdir.

Aparılan Xəstənin müayinəsi nəticəsində anus dəliyinin olmaması düz bağırsağın uşaqlıq yolunun altına açılması aşkarlanmışdır.

Anal atreziya Rektoperineal fistula diaqnozu qoyulan xəstəyə çəkisi az olduğu üçün cərrahi əməliyyat icra edilməmiş xəstənin böyük bayıra rahat çıxması üçün uşaqlıq yolunun altına açılan dəliyin vaxtaşırı genişləndirilməsi icra edilmişdir. Bundan başqa xəstədə ciddi ürək qüsuru, damaq yarığı (qurdağızlıq), ciddi nevroloji problemlər, barmaqlarda anomaliyalar, ixtioz, meninqomielosel (onurğa yırtığı) mövcud idi.

Uşaq 3 aylıq ,çəkisi 5kq olduğunda Mərkəzi Klinikanın Uşaq Cərrahiyyəsi və urologiyası uzmanı Dr. Fuad Hüseynov tərəfindən Anal transpozisiya - Düz bağırsağın uşaqlıq yolundan ayrılması nəcis saxlamağa cavabdeh olan sfinkter əzələ kompleksi içərisindən keçirilərək tikilməsi əməliyyatı uğurla icra edilmişdir.

Qeyd edək ki, bu əməliyyatın 1 seansa bitirilməsi böyük uğurdur, çünki yara infeksiyası səbəbiylə çox vaxt əməliyyat 3 seansa icra olunur.

  1. Stoma açılması (xəstənin bağırsağının qarnın ön divarına tikliməsi)
  2. Anal transpozisiya (yuxarıda qey etdiyimiz əməliyyat)
  3. Stomanın bağlanması

Yuxarıda qeyd etdiyimiz inkişaf qüsurları səbəbiylə uşaq digər ixtisas həkimlərinə yönləndirildi.

Belə ciddi yanaşı patologiyaları olan xəstənin uğurlu əməliyyatı olunmasına ciddi səy göstərən Klinikamızın anesteziologiya, Uşaq reanimasiyası, uşaq kardiologiyası şöbəsi başda olmaqla bütün tibb personalına təşəkkürlər.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):