Xəbərlər

Mərkəzi Klinikanın daha bir uğuru

Bir çox ilklərə imza atan Mərkəzi Klinikanın Reanimasiya şöbəsində Azərbaycanda ilk dəfə olaraq kəskin qaraciyər yetməzliyində MARS (Molekulyar adsorban resirkulyasyon sistem) və ya qaraciyər dializi proseduru uğurla icra olundu. Bu nailiyyət bilavasitə şöbənin rəhbəri Dr. Vüqar Abdulkərimovun və onun kollektivinin əməyi nəticəsində əldə edilmişdir. Bunu da qeyd etmək lazımdır ki, Mərkəzi Klinika 2009-cu ildə Dr. Vüqar Abdulkərimovun təşəbbüsü ilə ilk dəfə olaraq ekstrokarporal sirkulyasiya sistemini (Hemofiltrasiya CVVHDF) işə salmışdır.

MARS proseduru haqqında qısa məlumat:

Kəskin qaraciyər yetməzliyi olan xəstələrə (Viral hepatitler, dərman preparatları və toksinlərə bağlı hepatotoksitite) tətbiq olunur. Bu non-biolojik dəstək metodunun mahiyyəti sitokin yükünün külli miqdarda azaldılması, İL-6, İL-8, İL-10, TNF alfa və TNF alfa R1-in qanda ayrılması, suda həll olan (ammonyak, urea, laktat və s.), suda həll olmayan (bilirubin, öd turşuları və s.) birləşmələrin atılmasından ibarətdir.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):