5 aylıq ağır vəziyyətdə Mərkəzi Klinikanın reanimasiyasına köçürülən körpə sağ salamat evə yola salındı.
Uşaq 10 gün başqa klinikalarda müalicə olunduqdan və vəziyyəti daha da ağırlaşdıqdan sonra çox ağır vəziyyətdə klinikamıza köçürülmüşdür.
Aparılan müayinələr nəticəsində “iki tərəfli pnevmoniya Kəskin gedişli. Ağır forma. Kəskin tənəffüs ürək çatışmazlığı. Toksik ensefolopatiya diaqnozu” qoyulmuşdur.
Uşaq daxil olarkən təzyiqləri ölçülmürdü, ciddi respirator asidozda (qanın turşuluğunun artması), elektrolit disbalans (qanda olan elementlərin miqdarının dəyişməsi), bronxospazm (tənəffüs borusunun daralması), taxikardiya (ürək döyüntülərinin artması) mövcud idi inotropic dəstək başlanıldı, olduqca oyanıq olduğu üçün sedativ dərmanlarla yatızdırıldı, süni tənəffüs aparatına qoşuldu, ciddi antibiotikoterapiya başlanıldı.
Klinikamızın uşaq cərrahiyyəsi və urologiyası uzmanı Dr. Fuad Hüseynov tərəfindən Bronxoskopiya - Yuxarı tənəffüs yollarının sanasiyası icra edildi, işıqlı alətlə nəfəs borusuna girilərək, nəfəs borusundakı bəlğəm tıxacları yuyularaq təmizləndi.
Körpə tam sağlam şəkildə evə yola salındı. Klinikamızın uşaq reanimasiyası, anesteziologiyası, cərrahiyyəsi şöbəsindəki bütün tibb personalına Təşəkkürlər. Bu şərəfli işlərində uğurlar arzulayırıq.

