Mərkəzi Klinikanın Uşaq Cərrahiyyəsi və Urologiyası uzmanı Dr. Fuad Hüseynov tərəfindən daha bir anadangəlmə qüsurla doğulan uşaq uğurla əməliyyat olundu.
10 il sonra süni mayalanma ilə əkiz hamiləlikdən başqa klinikada 1500qr çəki ilə doğulan körpə anus dəliyinin olmaması səbəbiylə Mərkəzi Klinikaya göndərilmişdir. Xəstənin müayinəsi nəticəsində anus dəliyinin olmaması düz bağırsağın uşaqlıq yolunun altına açılması aşkarlanmışdır. Anal atreziya Rektoperineal fistula diaqnozu qoyulan xəstəyə çəkisi az olduğu üçün cərrahi əməliyyat icra edilməmiş, xəstənin böyük bayıra rahat çıxması üçün uşaqlıq yolunun altına açılan dəliyin vaxtaşırı genişləndirilməsi icra edilmişdir.
Uşaq 3 aylıq, çəkisi 6kq olduğunda Mərkəzi Klinikanın Uşaq Cərrahiyyəsi və urologiyası uzmanı Dr. Fuad Hüseynov tərəfindən Anal transpozisiya - Düz bağırsağın uşaqlıq yolundan ayrılması nəcis saxlamağa cavabdeh olan sfinkter əzələ kompleksi içərisindən keçirilərək tikilməsi əməliyyatı uğurla icra edilmişdir.
Qeyd edək ki, bu əməliyyatın 1 seansa bitirilməsi böyük uğurdur, çünki yara infeksiyası səbəbiylə çox vaxt əməliyyat 3 seansa icra olunur.
- Stoma açılması (xəstənin bağırsağının qarnın ön divarına tikliməsi)
- Anal transpozisiya (yuxarıda qey etdiyimiz əməliyyat)
- Stomanın bağlanması
Eyni zamanda xəstə yaxınları Klinikamızın anesteziologiya, Uşaq reanimasiyası şöbəsi başda olmaqla bütün tibb personalına öz təşəkkürlərini bildirirlər.

