Xəbərlər

Mərkəzi Klinikada daha bir körpənin həyatı xilas olundu!

Mərkəzi Klinikanın Yenidoğulmuşlar Cərrahiyyəsi Bölməsində yarımçıq doğulmuş 1800 qr çəkisi olan körpə nadir rast  gəlinən xəstəlik səbəbi ilə uğurla əməliyyat olunmuşdur .

Bətndaxili ultrasəs müayinəsində Pilor atreziyası (Mədə çıxışının  bağlı olması) diaqnozu qoyulan xəstə 34 həftəlik hamiləliklə normal doğuşla dünyaya gəldikdən sonra Mərkəzi Klinikaya köçürülmüşdür.Aparılan müayinələrdən sonra diaqnoz  təsdiqlənmiş və Uşaq cərrahiyyəsi və urologiyası Uzmanı Dr. Fuad Hüseynov tərəfindən yarımçıq doğulmuş 1800qr körpə üzərində  cərrahi əməliyyat icra edilmişdir. Xəstəyə Qastroduodenal anastamozun qoyulması (Mədənin 12 barmaq bağırsağa tikilməsi) əməliyyatı müvəfəqiyyətlə  icra edilmişdir. Xəstənin əməliyyatdan sonrakı baxımı Mərkəzi Klinikanın Neonotologiya şöbəsində uğurla icra edilmiş, əməliyyatdan sonrakı  5-ci gün xəstə ağızdan yedizdirilməyə başlanmışdır. Uşaq hal-hazırda evdədir və normal uşaqlar kimi həyatına davam etdirir.

Qeyd edək ki yuxarıdakı diaqnozla doğulan uşaqlar nadirdir,  100000 uşaqdan biri bu xəstəliklə doğula bilər.

Əməliyyat olunan xəstənin yaxınları  Mərkəzi Klinikanın bütün tibb kollektivinə göstərdikləri böyük kömək üçün təşəkkür edirlər.

Mərkəzi Klinika bütün növ pediatriya xidmətləri ilə kiçik xəstələrinin keşiyindədir.  Övladlarınızı əminliklə Mərkəzi Klinikaya əmanət edə bilərsiniz.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):