Mərkəzi Klinika açıldığı gündən Klinikamızın nəzdində Uşaq Mərkəzi fəaliyyət göstərir. Mərkəzimizdə bütün profil ixtisaslar üzrə həkimlər çalışır. Həkimlərimiz-müxtəlif ölkələrdə kurslar keçmiş mütəxəssislərdir. Türkiyə Cümhuriyyəti, Avstriya, London Universitet və xəstəxanaları kimi mərkəzləri misal göstərmək olar. Mərkəzimiz 7 gün 24 saat fəaliyyətdədir. Təcili yardım, Stasionar, Poliklinika, Neonatologiya bölümlərinə sutka ərzində yüzlərlə xəstə müraciət edir. Təcili yardıma müraciət edən hər bir xəstəyə müvafiq ilk yardım göstərildikdən sonra xəstəliyindən asılı olaraq ambulator ya stasionar yatışa yada reanimasion yatışa verilir. Klinikada müalicəyə ehtiyacı olmayan xəstələr ətraflı yoxlanışdan keçirilir və onlara müvafiq müalicə təyin olunur. Stasionar yatışa verilən xəstələr 7 gün 24 saat növbətçi həkim və tibb bacılığı personalı tərəfindən nəzarətdə saxlanılır. Növbətçi personal müalicə həkiminin verdiyi təyinatın yerinə yetirilməsi , lazımi laborator analizlərin, instrumental müayinələrin vaxtında həyata keçirilməsi üçün məsuliyyət daşıyır. Poliklinika bölməsi həftədə 6 gün 9:00-17:00 arasında fəaliyyət göstərir. Poliklinik bölümdə bütün dar ixtisaslar üzrə: Neonatoloq, Allerqoloq, Endokrinoloq, İmmunoloq, Revmatoloq, Nefroloq, Hematoloq, Qastroenteroloq, pediatrik nevropatoloq, pediatrik kardioloq, uşaq Cərrahlarımız və s. həkimlərimiz çalışır.
Mərkəzimizdə bir sıra ağır cərrahi patologiyaların əməliyyatı və əməliyyat sonrası nəzarəti (istər pediatrik, istər neonatal) ağır kardioloji problemi olan uşaqlara professional qulluq və yardım, invaziv kardioloji prosedurlar həyata keçirilir.

Uşaq Mərkəzində eyni zamanda doğuş və keysəriyyə əməliyyatı ilə doğulan bütün normal körpələrimizə neonatoloji fiziologiya bölümündə nəzarət olunur. Bu uşaqların 3 gün yatış günlərində saatliq vizitləri , doğum sonrası ilk 3 peyvəndinin vurulması, nevropatoloq tərəfindən baxımı, bir ayına kimi müntəzəm kontrolları həyata keçirilir. Vaxtından əvvəl doğulmuş və ya müəyyən patologiyalarla doğulan uşaqlarımız isə vəziyyətin ağırlığından asılı olaraq intensiv terapiya və ya reanimasiya şöbəsinə köçürülür, lazımi müayinə və müalicələr aparılır. Neonatoloqlarımız tərəfindən SV aparatında izləm, Exchange (qan dəyişmə) əməliyyatı, ekstremal az çəkili uşaqların müalicəsi, yenidoğulmuşlarda metabolik və genetik xəstəliklərin screening testləri, ROP (göz dibi müayinəsi), eşitmə testi və bu kimi bir sıra xidmətlər həyata keçirilir. Eyni zamanda həkimlərimiz tərəfindən Elmi- Araşdırma işləri də aparılır. Neonatal reanimasiya şöbəsi və pediatrik bölümdə çalışan həkimlərimiz digər klinikalarda ağır doğulan, yardıma ehtiyacı olan körpə pasientlərimizə şəhərdaxili, ölkədaxili, ölkəxarici transport xidmətini də həyata keçirirlər.
Son olaraq fərəhlə qeyd etmək istərdik ki, bu günə qədər Azərbaycanda yaşadılan ən az çəkili uşaq 500 qram çəkidə doğulub və bizim mərkəz tərəfindən yaşadılıb. Hal hazırda körpə balamızın 2 yaşı var və heç bir göstərici ilə yaşıdlarından fərqlənmir. Neonatal reanimasiya şöbəsindən evə yazılan bütün körpələr daimi dinamik nəzarətdədirlər və bu günə qədər olan statistik məlumatlarımıza əsasən uşaqlarımızın psixo-fiziki və nevroloji inkişafında heç bir qüsur izlənmir.
Tərtib etdi: Neonatoloq Dr. Vəfa Hacıyeva

