Xəbərlər

”Timus kistası“ diaqnozlu körpənin əməliyyatı və əməliyyatdan sonrakı baxımı uğurla icra edildi

Mərkəzi Klinikanın Yenidoğulmuşlar cərrahiyyəsi bölməsində cərrahi və neonotoloji ekib tərəfindən uşaqlarda çox nadir rast gəlinən xəstəlik ”Timus kistası“ diaqnozlu körpənin əməliyyatı və əməliyyatdan sonrakı baxımı uğurla icra edildi.

Başqa xəstəxanada 39 həftə keysəriyyə əməliyyatı ilə dünyaya gələn körpə, tənəffüs çatışmazlığı əlamətləri başladığı üçün Mərkəzi Klinikaya köçürülmüşdür, Neonotoloji briqada tərəfindən xəstə süni tənəffüs aparatına bağlanmışdır, neonotoloqların səyləri nəticəsində xəstənin vəziyyəti yaxşılaşmışdır. Xəstəyə çəkilmiş Döş qəfəsi rentgenoqrammasında divararalığında törəmə aşkarlanmışdı. Xəstəyə diaqnozu dəqiqləşdirmək üçün Döş qəfəsi Kompüter tomoqrafiyası çəkilmişdir. Divar aralığında yerləşən naməlum mənşəli törəməni çıxartmaq məqsədilə Uşaq Cərrahiyyəsi və urologiyası uzmanı Dr. Fuad Hüseynov və cərrahi komandası tərəfindən xəstənin döş qəfəsi açıldı ürəyin perikard qişasına yapışıq olan timus vəzisindən inkişaf edən ”Timus Kistası“ olduğu aşkarlandı və Mərkəzi Klinikanın Baş həkimi, tibb elmləri doktoru, ürək damar cərrahı Kamran Musayevin iştirakı ilə kist tamamilə çıxarılaraq patohistologiyaya göndərildi.

Xəstənin əməliyyatdan sonrakı baxımı başda Dr. Sevda Əsədova olmaqla neonotoloji briqada tərəfindən uğurla icra edildi. Xəstə tam sağlam şəkildə evə yola salındı. Qeyd edək ki, ”Timus kistası” çox nadir rast gəlinən xəstəlikdi, xarici ədəbiyyatda belə bu diaqnozla doğulan uşaqların çox nadir olduğu qeyd olunur. Əməliyyatda iştirak edən Mərkəzi Klinikanın Anestezioloji, neonotoloji ekibinə təşəkkür edirik.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):