Xəbərlər

Xarici vətəndaşların həkimlərimizə olan inamı!

Ölkə rəhbərliyinin xüsusi diqqəti və qayğısı nəticəsində Azərbaycanda səhiyyə sahəsi getdikcə inkişaf etməkdədir. Bunun bariz nümunəsi kimi  fəxrlə deyə bilərik ki, xarici ölkə vətəndaşları, o cümlədən beynalxalq sığorta şirkətləri də xəstəxanamızda göstərilən tibbi xidmətlərdən istifadə edir, öz sağlamlıqlarını bizə etibar edirlər. 

Belə ki, bu yaxınlarda qəbul etdiyimiz İngiltərə vətəndaşı Raymond İrwingi göstərə bilərik. Raymond İrwing Təcili Tibbi Yardımla digər tibb müəssisəsindən bizim klinikamıza gətirilib. Kəskin miokard infarktı diaqnozu təsdiq olunduqdan sonra angioqrafik müayinədə ciddi damar darlığı aşkarlanıb. İnvaziv müdaxilə ilə darlıqlar aradan qaldırılıb və həyatı təhlükə riski aradan götürülüb. Raymond İrwing bu gün kontol müayinəyə gəlmişdir. Heç bir şikayəti yoxdur, normal həyat tərzinə davam edir.

Bütün bu prosedurlar Mərkəzi Klinikanın kardioloq komandası – Dr. Cəmil Babayev, Dr. Əli Bayramov və b. tərəfindən həyata keçirilmişdir. Angioplastika Avstriyada Vyana Universitet Kilinikasında (Allgemeines Krankenhaus (AKH)) ixtisaslaşmış invaziv - kardioloq Dr.Cəmil Babayev tərəfindən icra olunmuşdur.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):