Xəbərlər

Mərkəzi Klinikada daha bir uğur!

28.10.2015 tarixində 60 yaşlı qadın xəstənin dializ kateterini digər xəstəxanada çıxarılan zaman kateterin ucu sınaraq yuxarı boş vena və sağ qulaqcıq arasında qalmışdır. Xəstə 29.10.2015 Mərkəzi Klinikaya kateter parçasının perkutan çıxarılması məqsədilə müraciət etdi. Kardioloqlar T.E.N.Dr.Firdovsi İbrahimov, Dr.Oqtay Musayev, ürək-damar cərrahı Dr. Ramil Əliyev və digər personalın iştirakı ilə Sağ bud venası punksiya olundu, oradan Snare kateterlə keçilərək kateter parçası Snare katetere ilişdirildi və geri çəkildi. Geri çəkildikdə kateter parçası sağ ümumi femoral venada ilişib qaldı. Bunun səbəbi dializ kateterinin ölçüsünün çox böyük olması və 12F şitin içinə yerləşməməsi idi. Kateterin bükülərək çıxarılacağı təqdirdə diametri 2 qat artacağından və xəstənin ümumi femoral və vena safena maqnasının zədələmə ehtimalı var idi. Bu zaman vena safena maqna minimal ölçüdə venoseksiya olundu. Venoseksiya sonrası yenidən punksiya olunaraq kateter parçası daha da geriyə doğru çəkildi. Kateter parçası venanın mənfəzi açılaraq uğurlu şəkildə xaric edildi. Venadakı defekt bağlandı.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):