Xəbərlər

29 Oktyabr - İnsulta qarşı Ümumdünya mübarizə günüdür.

Bu gün insulta qarşı Ümumdünya mübarizə günüdür. Adətən bu xəstəliyə tutulanların üçdə biri ölür, qalanları isə əlilə çevrilir. Amma insultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Damarların tutulması baş verən işemik insultdan sonra insanlar salamat qalsa da, əlilə çevrilir. Əsas məsələ xəstəyə ilk 3-4 saat ərzində yardım göstərməkdir. Çoxları insult olduqlarını bilmədikləri üçün ölürlər. Ətraflarındakı insanlar isə onlara nə olduğunu anlamırlar.

Amma insult simptomları çox sadədir: insult olan insan anlaqsız danışır, güləndə ağız küncləri aşağı düşür, koordinasiyası pozulur, ətraflarından biri zəifləyir. Bu, təcili yardım çağırmaq üçün yetərlidir. Reanimasiya bölməsində isə insult vuranları yalnız ölümdən deyil, həm də əlillikdən xilas edirlər.
Reanimasiyadan sonra isə pasientə bir körpə kimi arxası üstə uzanmaq, yana çevrilmək, iməkləmək, ən sonda isə ayaq üstə durmaq öyrədirlər. Bədən insult zamanı əziyyət çəkmir - amma beyinə təlqin etmək lazımdır: "Mən qaydasındayam, mən addımlayıram, mənim əllərim və ayaqlarım hərəkət edir". İnsult ocağı necədir və harada yerləşir? Dəqiq diaqnozu yalnız kompüter tomoqrafiyasından sonra qoyulur və bu, əməliyyat lazım olub-olmadığını anlamaq üçün ilk saatlarda aparılır. İnsult kiçik anevrizmlərdən başlayır və bu, gec açılan “bomba”nı əvvəlcədən görmək mümkündür. Məsələn, pəhriz saxlamayan gənc pasiyentlər hipertoniyaya tutulurlar, daha sonra onların yuxu arteriyaları tutulur və insult riski yaranır.

İnsult riskinin olub-olmadığını öyrənmək üçün mürəkkəb tədqiqatlar lazım deyil. Sadəcə yuxu arteriyalarının ultrasəs müayinəsini aparmaq, təzyiqi nəzarətdə saxlamaq, normal qidalanmaq və
siqaretdən uzaq durmaq lazımdır. Üç əsas şey - hipertoniya, xolesterin və bədənin artıq çəkisi risk amilini artırır. İnsultdan bərpa proqramına maşın sürmək, pedal fırlatmaq və kitab yazmaq kimi işlər də daxildir. Əsas məsələ özünə qapanmamaq və gümrahlaşmaqdır. Gündəlik piyada
gəzinti isə bunun ayrılmaz elementidir.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):