Populyar məqalələr

Yeni doğulmuş uşaqlarda hansı uroloji problemlərə rast gəlinir?

Fuad Hüseynov 2002-2004-cü illərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Tibb Akadamiyasının Torakal Cərrahiyyə kafedrasında Həkim Ordinator təhsili, 2007-2012-ci illərdə Turkiyə Respublikasının İzmir şəhərində Ege Universiteti, Uşaq Cərrahiyyəsi kafedrasında Uzmanliq təhsili alıb. 

2011-ci ildə ABŞ, Kaliforniya ştatının Los Angeles şəhərində Children Hospital Los Angeles klinikasında uşaq urologiyası, uşaq torakal cərrahiyyəsi, uşaq ümumi cərrahiyyəsi, uşaq travması üzrə klinik kursu bitirib. 2011-ci il Oktyabr ayında Türkiyə Respublikası, İstanbul şəhərində “Uşaq Urologiyası” kursu keçib.

Fuad Hüseynov “Türkiyə Uşaq Cərrahiyyəsi Dərnəyinin” fəxri üzvüdür. Hal-hazırda Mərkəzi Klinik Xəstəxanada Uşaq cərrahı olaraq fəaliyyət göstərir.

Doktor, uşaqlarda ən sıx rast gəlinən uroloji problemlər hansılardır?

Ən sıx rast gəlinen patologiyalar: kriptorxizm (enməmiş xaya), hipospadias (sidik dəliyinin cinsiyyət orqanının ucunda deyil, altına açılması), ureteropelvik birləşmənin darlığı (sidik axarının böyrək ləyənindən ayrılan sahənin darlığı), vesikoretral reflüks (işəmə zamanı sidiyin yuxarı, böyrəyin içinə geri qaçması) və s.

Valideynlər bu məsələlərdə daha çox hansı səhvlərə yol verirlər?

Ən ciddi səhvlərdən biri odur ki, valideynlər lazer ilə sünnət ifadəsinə inanırlar, hansı ki,  belə sünnət üsulu yoxdur), sadəcə bəzi “mütəxəsisslərin” reklam məqsədi ilə istifadə etdikləri mənasız ifadədir.  Uşaq, böyük insanın balacalaşdırılmış kopiyası deyil!!! Uşaq cərrahi və uroloji problemlerini uşaq cərrahları və uroloqları həll etməlidir. İstər illərin həkimi, istər güclü reklamı olan ümumi cərrahların və uroloqların elədikləri bir çox əməliyyatlar  sonrası xəstələr ciddi problemlərlə rastlaşırlar. Bəzən hətta bu hər hansı orqanın itirilməsinə də səbəb ola bilir.

Sünnətin hansı yaşda olması məsləhətdir?

Sünnət üçün ideal yaş: 6 ay-2 yaşa qədər (bu yaşda uşaq əməliyyatı böyüyəndən sonra heç xatırlamaz) və 5 yaşın üstündə. 2-5 yaş arası uşaqlarda sünnət sonrası ciddi psixolojik problemler ola biləcəyi üçün məsləhət görülmür. Sünnət yerli və ümumi anestezi altında icra edilə bilər. Müasir tibbdə sünnətin anestezi altında olunması daha məsləhetdir. Türkiyənin ən qabaqcıl klinikalarında yerli anestezi ilə uzun illərdir sünnət icra edilmir.

Uşaq xayasının birinin yerinə oturmaması nə kimi fəsadlara gətirib çıxara bilər?

1 yaşından sonra uşağın xayası enməyibsə o, mütləq cərrah kontroluna getməli və əgər diaqnoz təsdiqlənibsə, mütləq əməliyyat olmalıdır!

Hamiləlik zamanı  USM müayinəsində döldə müşahidə edilən böyrək ləyənciyinin genişlənməsi gələcəkdə hansı problemlərə yol aça bilər?

Hamiləlik zamanı görülən ləyən genişləməsi heç bir səbəbdən hamiləliyin sonlandırılmasına göstəriş ola bilməz. Uşaq doğulduqdan sonra təkrar USM olunmalıdır və yuxarıda qeyd etdiyim patologiyalar mütləq təsdiq ve ya inkar edilməlidir. Bu hallar təqibsiz qaldığı halda böyrəklerin funksiyasının azalmasına və hətta itirilməsinə səbəb ola bilər.

Yenidoğulmuşlarda cinsiyyət orqanında müşahidə edilən qızarma hansı təhlükədən xəbər verir?

Qızarma adətən ciddi problemlərə səbəb olmaz, müayinə və sadə müalicə ile ortadan qaldırıla biləcək problemdir.

Pediatr-cərrah Dr. Fuad Hüseynov


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):