Xəbərlər

Uşaqlarda anadangəlmə cərrahi patologiyaların müalicəsi

Mərkəzi Klinikanın Yenidoğulmuşlar cərrahiyyəsi bölməsində Uşaq Cərrahiyyəsi və urologiyası uzmanı Dr.Fuad Hüseynov  və Dr. Sevda Əsədova  başda olmaqla cərrahi neonotoloji ekib tərəfindən uşaqlarda anadangəlmə cərrahi  patologiyaların cərrahiyyəsi və əməliyyatdan sonrakı baxımı uğurla icra edilir.

Artıq  Mərkəzimizdə Qida borusu atreziyası və traxeoözofagial fistül (Yemək borusunun anadangəlmə qapalı olması və nəfəs borusu ilə arasında əlaqə olması), Anadangəlmə diafraqma yırtığı (Döş boşluğu ilə qarın boşluğunu ayıran təbəqənin olmaması), Ağciyərlərin anadangəlmə kistik törəmələri, Mədə bağırsaq traktında olan anomaliyalar, Anadangəlmə bağırsaq keçməzliyi, anusun atreziyası, düz bağırsağın inkişaf qüsurları  Uşaqlarda anadangəlmə sidik ifrazat sisteminin  qüsurlar Hidronefroz (böyəklərin böyüməsi), Cinsiyyət orqanlarında olan qüsurlar (anadangəlmə  yarımsünnətli doğulan) uşaqların cərrahiyyəsi və əməliyyatdan sonrakı baxımı uğurla icra edilib.

Qeyd edək ki, son illərdə çəkisi 1000-2000qr arasında olan yarımçıqdoğulmuşlara müxtəlif böyük həcimli əməliyyatlar icra edilmişdir və ən kiçik əməliyyat etdiyimiz və sağlamlığına qovuşmuş xəstəmizin çəkisi  700 qr olub. Bizə bu şərəfli işlərimizdə yaxından köməklik göstərdiyi  üçün klinikamızın neonotoloji, anestezioloji briqadasına təşəkkür edirik.

 

 


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):