Xəbərlər

Dr. Fuad Hüseynov tərəfindən daha bir uğurlu əməliyyat icra edildi

Mərkəzi Klinikanın Uşaq cərrahiyyəsi və urologiyası uzmanı Dr. Fuad Hüseynov tərəfindən daha bir uğurlu əməliyyat icra edildi və körpə nefrostomadan (sidik axımını təmin etmək üçün böyrəyə taxılmış zond) azad edildi.

Bətndaxili Ultrasəs müayinəsində Sağ tərəfli hidronefroz (böyrəyin şişməsi)görülən xəstədə doğumdan sonra da hidronefrozun davam etməsi və təqib sırasında hidronefrozun şiddətlənməsi səbəbiylə Azərbaycanda tanınmış Uşaq Uroloji Klinikalarından birinə baş vurmuşdu. Həmin mərkəzdə aparılmış USM sonrası Sağ Ureteropelvik birləşmə darlığı (UPD) Böyrək ləyən sidik axarı birləşməsində darlıq diaqnozu qoyulmuş, xəstə yaxınlarına böyrəyin itirilməsi riski olduğu deyilmiş. Uşağın 1 aylıq olması səbəb gətirilərək (tikişlər tutmaz) perkutan nefrostomi kateter taxılması əməliyyatı icra edilmişdir və xəstənin 1 il bu vəziyyətdə təqib edilməsi məsləhət görülmüşdür. Kontrol USM-də genişlənmə olmadığı deyilmişdir. 

Xəstə yaxınlarının istəyi ilə körpə tərəfimizdən dəyərləndirildi. Mövcud olan nefrostomasından kontrast maddə verilərək ləyən sistemindən sidik axarına keçişin qətiyyən olmadığı görüldü. Xəstənin yaşından asılı olmayaraq bütün dünyada qəti göstəriş olduqdan sonra əməliyyat olunmasında bir əks göstərişi olmayan Dismembered Anderson Hynes pyeloplastikası və Pelvik reduksiyon və JJ Stent taxılması (Böyrək ləyəninin sidik axarına keçən hissəsindəki darlığın çıxarılması və böyrək ləyəninin sidik axarına tikilməsi)əməliyyatı icra edildi. Əməliyyat zamanı böyrək ləyən sisteminin şiddətli genişlənməsi nəzərə çarpırdı. Nefrostoma ləğv edildi. Hal hazırda xəstə stabildir, normal uşaqlar kimi həyatına davam edir.

1) Pieloqrafiya-böyrəkdən sidik axarına keçiş yoxdur

2) Əməliyyatdan öncə nefrostomalı vəziyyəti

3) Əməliyyatdan sonra xəstə nəfrostomadan azad edilib


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):