Xəbərlər

Ortoped və kardiocərrahi komandası tərəfindən sağ əlin replantasiya əməliyyatı uğurla icra edilmişdir

01.10.2015  tarixində Mərkəzi Klinika Xəstəxanada  Dr. Kamran  Musayev başda olmaqla Klinikanın ortoped və kardiocərrahi komandası tərəfindən sağ əlin replantasiya əməliyyatı uğurla icra edilmişdir.

Xəstə 01.10.2015 tarixində evdə dəmir kəsərkən ehtiyatsızlıq nəticəsində dəmirkəsən motorlu mişarla (laqonda) sağ əlini kəsmişdir. İlk olaraq 3 saylı şəhər xəstəxanasına aparılıb. İlk yardım olunuduqdan sonra xəstə Mərkəzi Klinikaya xəstə yaxınları tərəfindən gətirilmişdir. 

Amputant Kişner telləri vasitəsilə fiksasiya olunduqdan sonra Dr. Kamran Musayev başda olmaqla kardiocərrahi həkim heyəti tərəfindən əlin volar səthində arterial qövsdən hər barmağa gedən arteriyalar (5 ədəd) ayrı ayrılıqda tikildi. Daha sonra əlin dorsal səthində 4 ədəd vena tikilərək əlin qan dövranı  bərpa edildi. Damarlar bərpa olunduqdan sonra barmaqların qan dolaşımı yoxlanıldı və qənaətbəxş olduğu görüldü.

Sonra öncə əlin bayır səthində uzun və qısa ekstensor vətərlərin distal və proksimal ucları tapılaraq uc uca tikildi.  Daha sonra əlin iç səthində  səthi və dərin fleksor vətərlərin distal və proksimal ucları  tapılaraq  hər biri müvafiq olaraq uc - uca  tikildi və beləliklə  həm bükücü , həm də açıcı  vətərlərin tamlığı bərpa olundu.  Sonra median sinir, ardınca əzələlər tikildi. Barmaqların təkrari kompartman olmaması üçün  barmaqlarda boylama kəsiklər aparıldı. Daha sonra  dərialtı və dəri seyrək tikişlərlə tikildi, aseptik sarğı qoyulduqdan sonra sağ ələ langet tipli gips sarğısı tətbiq edildi. Əməliyyat uğurla başa çatdı. 

Amputasiya olunmuş üzvün hazırlanma və daşınma qaydaları:

  • Amputasiya olunmuş üzvün  yeri  (güdül)  fizioloji məhlulla yuyulub təmizlənir.
  • Güdül  fizioloji məhlulla isladılmış steril salfet ilə sarğı edilir.
  • Amputasiya olunmuş üzv (amputant)  fizioloji məhlulla  yuyulub təmizlənir.
  • Amputant  fizioloji məhlulla isladılmış steril nəm salfetə bükülür.
  • Hazırlanmış amputant steril (olmazsa nonsteriləlcəyin içinə salınır  və əlcək şişirdilərək bağlanır.
  • İçində amputant olan əlcək  buzlu su ilə dolu qaba qoyulur.
  • Xəstə və hazırlanmış amputant təcili olaraq  ən yaxında olan replantasiya ilə məşğul olan  ixtisaslaşmış tibb mərkəzinə  aparılır.
  • İlk  öncə amputant 5 ədəd  Kişner teli ilə  kəsildiyi nahiyəyə düzgün şəkildə fiksasiya edildi. Sonra başda Dr.Kamran Musayev olmaqla damar cərrahları tərəfindən  əlin iç səthində barmaqlara gedən 5 ədəd arteriya damarı tikildi və sonra dorsal səthində 4 ədəd vena  tikildi. Daha sonra ortopdilər tərəfdən  bükücü, açıcı vətərlər, median sinir, əzələlər  tikildi. Dərialtı və dəri seyrək tikişlərlə tikilərək, yaraya aseptik sarğı qoyuldu. Sağ yuxarı ətrafa langet tipli gips sarğısı tətbiq edildi.  


Diqqət! Hamilə qadınların, yetkinlik yaşına çatmamış uşaqların, ürəyi zəif olan və həssas insanların aşağıdakı şəkilləri izləmələrini tövsiyyə etmirik!



Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):