9 Oktyabr 2015-ci il tarixində Bakıda Bulvar oteldə Azərbaycanda ilk dəfə olaraq “Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu” (Yardımçı reproduktiv texnologiyalar) mövzusunda elmi-praktik konfrans keçiriləcək. Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət strukturları, qeyri-hökümət təşkilatları və mətbuatın iştirakilə keçiriləcək konfransda indiyədək bu sahədə aparılan fəaliyyətlər, dünyada və Azərbaycanda əldə olunmuş nailiyyətlər barədə statistika və başqa məlumatlar açıqlanacaq.
Konfransın açılışından sonra “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assossiasiyasının sədri, Elmi-Tədqiqat mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova geniş məruzə ilə çıxış edəcək. Daha sonra Mərkəzi Klinikanın Mama-Ginekalogiya şöbəsinin müdiri t.e.n. Dr.Mahirə İsmayılova ölkəmizdə sonsuzluq probleminin həlli və yardımçı reproduktiv texnologiyalardan istifadənin tarixi və bu günü, inkişaf mərhələsi, imkanları və son nailiyyətləri barədə çıxış edəcək.
Geniş informasiya mübadiləsi şəraitində keçiriləcək konfransda xaricdən dəvət olunmuş aparıcı mütəxəssislər də iştirak edəcək. Konfransın təşkilat komitəsindən verilən məlumata görə məqsədimiz həm bu sahədə ictimaiyyəti geniş məlumatlandırmaq, həm də peşəkar mütəxəssisləri bir araya gətirməkdir. Konfransın işində Türkiyənin tanınmış mütəxəssislərindən biri olan İstanbul Kemerburgaz Universitetinin mütəxəssisi Prof.Dr.Kadir Savan EKO (Ekstra korporal mayalanma)nın tətbiqində standartlar və protokollar barədə çıxış edəcək.
Dr. Dimitrios Kafetzisin (Bourn Hall Clinic, Dubay, BƏƏ) çıxışı “Genetik defektlərin azalmasında İVF-in rolu” olacaqdır. Dr. Bruno Rosset (Matar and Rosset Healthcare Solutions. Dubay, BƏƏ) isə “Sağlam yenidoğulmuşlar – milli sağlamlığın əsasıdır” adlı mövzunu müzakirə edəcəkdir.
Konfrans milli genefondumuzla bağlı və ailələrdə sonsuzluq probleminin həlli yolları üzərində çalışan mütəxəssislərə dünyada aparılan tədqiqatların, yeniliklərin məlumatlandırılması və mütəxəssislərin bir araya gətirilməsi, ictimaiyyətin maarifləndirilməsi baxımından ölkə səhiyyəsi üçün əhəmiyyətli bir tədbir olacaq.
1-ci Beynəlxalq Ginekoloji Konfrans
İnternational Gynecology Conference
Proqram
Sonsuzluğun müalicəsində müasir texnologiyanın rolu (yardımcı reproduktiv texnologiyalar Azərbaycanda) - Application of Modern Technologies in İnfertility Treatment (Assited Reproduction Technologies Azerbaijan)
09 oktyabr 2015 Bakı, Azərbaycan / Ünvan: Bulvar Otel, Bakı. Boulevard Hotel, Baku
14:30 – 15:00 Açılış Openning
15:00 – 15:15 Giriş sözü: Dr.Cəmilə Qurbanova. Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnistitutunun direktoru. “Ginekologiya və Perinatologiyanın inkişafına dəstək” Assosiyasıyasının sədri. Tibb Elmləri Doktoru. Prof.Dr.Cemile Qurbanova. Director of the Azerbaijan State İnstitute of Obstetrics and Ginecology, Chairmen of the association “” Support of the Ginecology and Perinatology”
15:15 – 15:30 “Reproduktiv texnologiyalar Azərbaycanda” Dr.Mahirə İsmayılova. Mərkəzi Klinikanın Mama-Ginekologiya şöbəsinin müdiri. Tibb Elimləri Namizədi. Op.Dr.Mahire İsmayilova, M.D Ph.D. Head of Obstetrician-Gynecology, Central Clinic, Baku, Azerbaijan
15:30 – 16:00 “Ekstrakorporal mayalanmada stimulyasiya protoklolları”. Prof.Dr.Kadir Savan. İstanbul Kemerburgaz Universiteti, tibb fakültəsi Qadın Sağlamlığı və Doğum bölümü. İstanbul, Türkiyə. Department of Obstetrics and Gynecology. İstanbul Kemerburgaz University, Turkey
16:00 – 16:30 “Genetik defektlərin azalmasında İVF-in rolu”. “Place of İVF in mitigation of genetic disorders”. Dr. Dimitrios Kafetzis. Bourn Hall Clinic Dubai, UAE
16:30 – 17:00 “Sağlam yenidoğulmuşlar – milli sağlamlığın əsasıdır”. “Healthy nation throgh healthy newborn” Dr. Bruno Rosset – Matar and Rosset Healthcare Solutions. Dubai, UAE
17:00 – 17:30 Coffee Break
17:30 – 18:00 “Ginekoloq ve estetik cerrahın birgə fəaliyyətinin növləri. Dr Yulia Çernıx. Həkim Dermatokosmetoloq. Ukrayna Dermatoveneroloqlar Akademiyasının üzvü. Ukrayna. Kind of cooperation Gynecologist and Cosmetic Dermatologist. Dr Yulia Chernix. Dermatocosmetalogist. Member of Dermatovenerologic Academy of Ukranian. Ukraine
18:00 – 18:15 Yeni açılmış “doktorginekolog.az” saytının prezentasiyası.
18:15 – 18:45 Müzakirə - Discussion
18:45 – 19:00 Bağlanış - Closing remarks
19:10 – 20:00 Furşet. Buffet reseptions

