• Ümumi məlumat
  • Həkimlər

Orqan nəqli nədir:

Müalicəsi yalnız orqan və ya toxuma nəqli ilə mümkün olan xəstəliklər, bütün dünyada olduğu kimi ölkəmizin də önəmli sağlıq problemlərindən biridir.Orqan və ya toxuma nəqli gözləyən xəstələrin sayı hər keçən gün artmaqdadır. Bugün minlərcə xroniki böyrək yetməməzliyi olan xəstələr dializ aparatlarına bağlı olaraq “bir gün böyrək nəqli ola bilmək ümüdü ilə” yaşamaqdadırlar.Eyni zamanda yüzlərlə insan xroniki qaraciyər xəstəliyindən əziyyət çəkir və çox təəssüf olsun ki, bu xəstələrin böyük bir qismi itirilmiş olur. Nəqil gözləyən xəstələrin bəzisi isə müalicə ola bilmək ümidi ilə ölkə xaricində çarə axtarmaqdadırlar.

Orqan nəqli dedikdə nə başa düşülür:

Müalicəsi mümkün olmayan xəstəliklər səbəbilə funksiya göstərməyəcək dərəcədə zədə görən orqanların yerinə, canlı və ya ölüdən alınan yeni, sağlam orqanın qoyularaq xəstənin müalicə edilməsinə orqan nəqli deyilir.

Hansı orqan və toxumalar nəql oluna bilər:

Dünyada nəql olunan orqanlar; böyrək, qaraciyər, ürək, ağciyər, mədəaltı vəzi, nazik  bağırsaqdır. Nəql olunan toxumalar isə; ürək qapaqcıqları, kornea, sümük, sümük iliyi, dəridir.

Orqan nəqli kimlərdən mümkündür:

1. Canlıdan (qohumundan)

2. Beyin ölümü keçirmiş xəstələrdən

Bu istiqamətdə ölkəmizdə görülən işlər:

Ölkəmizdə də bu istiqamətdə ciddi addımlar atılmaqdadır.Orqan transplantasiyasını  Azərbaycanda inkişaf etdirmək məqsədilə Mərkəzi Klinikadan ümumi cərrah-transplantoloq  Dr.Tariyel Nadirov  Türkiyə Cumhuriyyəti  Yeni Yüzyıl Universiteti Qaziosmanpaşa xəstəxanasında  uzunmüddətli üst ixtisas təhsilini tamamlayaraq  Azərbaycana döndü. Dr Tariyel Nadirov orda işlədiyi  müddət ərzində sərbəst olaraq  çoxsaylı qaraciyər və böyrək köşürülməsi, eyni zamanda qaraciyər, öd yolları və mədəaltı  vəzi üzərində mürəkkəb əməliyyatlar həyata keçirmişdir.  Artıq Mərkəzi Klinikada Dr Tariyel Nadirovun  xəstə qəbulu başlamışdır.

Ad, soyad İxtisas Bölmə
Dr. Tariyel Nadirov Ümumi cərrah, transplantoloq Orqan və Toxumaların Transplantasiyası
Dr. Xəyal Rüstəmov Nefroloq Nefrologiya