• Ümumi məlumat
  • Həkimlər

Ortopediya və Travmatologiya

Ortopediya-Travmatologiya, İdman həkimliyi şöbəsi sümük-əzələ sistemi xəstəliklərinin diaqnozunu və müalicəsini təşkil edir. Xəstəxanamızın digər şöbələri kimi bu şöbə də texnologiyanının son avadanlıq və cihazlarından istifadə edərək  xəstəliklərin müalicəsini planlı və məqsədyönlü şəkildə həyata keçirir. Xəstələrə müalicə planı haqqında mütəxəssis həkimlər tərəfindən ətraflı məlumat verilir.Ortopediya son illərdə texnologiya və elmin inkişafı ilə əlaqədar ən sürətli irəliləyən, dəyişən və əhatə dairəsi getdikcə artan elm sahəsidir.

Əsas şöbələri:

  • Onurğa cərrahiyyəsi
  • Travma  cərrahiyyəsi
  • Artroplastik cərrahiyyə (oynaq endoprotezləri)
  • Əl cərrahiyyəsi və mikrocərrahiyyə
  • Uşaq ortopediyası 
  • İdman Həkimliyi
  • Artroskopik cərrahiyyə

Onurğa cərrahiyyəsi

Vertebra cərrahiyyəsinin köməyi ilə onurğa sütununun anadangəlmə və ya sonradan inkişaf edən deffektləri, səbəbi məlum olmayan və sinir-əzələ xəstəliklərindən sonra əmələ gələn onurğa sütununun S-vari deformasiyası ləğv olunur. Mərkəzi Klinikanın Ortopediya-Travmatologiya, İdman həkimliy şöbəsində təcrübə qazanmış Ortoped-Travmatoloqlar  tərəfindən uğurla onurğa sütununun fəsadlaşmış sınıqları, onurğanın sürüşmələri və skolyoz əməliyyatları transpedikulyar fiksasiya ilə həyata keçirilir.

Dünyada ilk dəfə 2.5 yaşlı uşaqda T5 T7 fəqərələrdə  vərəm spondiliti səbəbiylə klinikamızda uğurla etdiyimiz əməliyyat. Əvvəl torakotomiya ile anterior dekompressiya T5, T6 ve T7 korpektomiya sonrasi auto fibula ve qabirğa qrefti anterior instrumentasiya sistemi istifadə edilərək anterior fiksasiya edildi. Daha sonra T4-T8-ə transpedikulyar fiksasiya edilərək əməliyyat sonlandırıldı.

54 yaşlı xəstənin 4-cü bel fəqərəsində (L4) hemangioma. Cərrahi əməliyyat olundu. Kiçik bir kəsiklə hemangiom xaric edildi.

Travma  cərrahiyyəsi 

Tez-tez rast gəlinən yaralanmalar zamanı sürətli və yaxşı nəticə əldə etmək üçün ancaq müasir və effektiv müalicə metodlarından istifadə olunur. Artroskopiyanın köməyi ilə edilən kiçik müdaxiləli əməliyyatlar: oynaq içi sınıqlarının bir qismində oynaq açılmadan sınıqların fiksasiyası aparılır. Bu metod əməliyyat sonrası əmələ gələ biləcək oynaq sərtliyini azaldır və oynağın tam funksiyasını bərpa etmə vaxtını qısaldır.

Ortopediya və Travmatologiya

Qapalı intramedulyar mil metodu:  

Aşağı və yuxarı ətrafların uzun sümüklərində sınıq xəttini açmayaraq, 2-3 sm-lik kəsiklərlə edilən və sınıq bitişməsini sürətləndirən metoddur.

Radikal böyük cərrahiyyələr:

Klinikamızın Ortopediya-Travmatologiya, İdman həkimliyi şöbəsində müasir fiksasiya materialları və cərrahi metodlarla çanaq sümüklərinin böyük sınıqları, böyük oynaqların parçalı sınıqları kimi əvvəl natamam müalicə edilə bilən xəstəliklərin uğurlu və planlı cərrahi müalicəsi də mümkündür. 

Boyun sınıqları:

Avto qəza nəticəsində və yaxud yüksək məsafədən yıxılma  sonrasında boyun fəqərələrinin sınığı hallarında boyun fəqərə cismi öngirişlə tam çıxarılaraq (korpektomiya) implantlarla əvəz edilir. Boyunun arxa hissəsindən girilərək yenə implantlarla fiksasiya və kompressiyanın aradan qaldırılması əməliyyatları bu sahədə mütəxəssis həkimlərimiz tərəfindən həyata keçirilir.

Fəqərə cisminin sınığının metal qəfəslə anterior vertebral artrodezi

Artroplastik cərrahiyyə (endoprotezlər)

Çiyin, bud-çanaq və diz protezlərinin (yeni oynaq qoyulması) taxılması əməliyyatları peşəkar ortoped-travmatoloqlar tərəfindən xəstəxanamızın beynəlxalq standartlarına cavab verən “Laminar hava axını olan ventilyasi ya sistemli” əməliyyatxanalarında və ən son təkmilləşdirilmiş protezlərdən istifadə edilərək aparılır. Böyük oynaqların artrozları, bəzi sağalmayan sınıqlarda (bud sümüyünün  boynunun sınığı və s.) tət-biq edilən protez əməliyyatlarından sonra xəstələr qısa vaxt ərzində mobilizasiya edilir.Yumşaq toxumaların daha az zərər görməsi və xəstələrin daha qısa vaxtda sağalması məqsədiilə protez əməliyyatlarında dəri kəsikləri kiçik edilir.Aparılmış yüksək keyfiyyətli əməliyyat nəticəsində qoyulan  protezlərin ömrü daha uzun olur və ikinci əməliyyata ehtiyac minimuma endirilir.

Əl Cərrahiyyəsi və Travmatologiyası

Mikrocərrahiyyənin köməyi ilə adi gözlə çətin seçilə bilən, iynə və tikişlər istifadə edilərək ölçüsü 1 mm-dən kiçik olan qopmuş damar və sinirlər tikilir. Beləliklə qopan barmaq, əl, qol, ayaq kimi üzvlər yenidən yerinə tikilərək bərpa edilir.

Mikroskop altında çox incə sinir və damarlar tikildikdən sonra qopmuş bədən üzvlərinin fəaliyyəti yenidən bərpa edilir. Kəskin yumşaq toxuma travmalarının (damar, sinir, tendon, əzilmə və sıxışma nəticəsində əmələ gələn dəri, əzələ toxuması deffektləri və amputasiyalar), əl və əl bilək ağrıları, tətik barmağı, sinir sıxışmaları, tennisçi və qolfçu dirsəyi, qanqlion kistləri kimi xəstəliklərin ən effektli anadangəlmə qüsurların müalicəsi aparılır.

Bilək nahiyyəsindən amputasiya olunmuş yuxarı ətrafın replantasiyası

Uşaq Ortopediyası

Mərkəzi Klinikadakı Uşaq Ortopediya və Travmatologiyası Azərbaycanda nadir mərkəzlərdən biridir.Klinikamızda 16 yaşa qədər olan  uşaqların yeriməsindəki pozğunluqlar, ayaq problemləri, anadangəlmə deformasiyalar, bud-çanaq oynağının displaziyaları və onurğa əyriliklərinin müayinə və müalicəsi də bu sahədə təcrübə qazanmış ortoped – travmatoloqlar tərəfindən aparılır.

İdman həkimliyi

İdman bədən sağlamlığınız üçün vacib faktorlardan biridir. Ancaq idman yaralanmaları  bəzən qaçılmazdır. İdman travmalarında ən çox yaralanan üzv 32.9%-lə diz oynağıdır. Diz oynağından sonra aşıq-baldır, bud-çanaq,çiyin oynağı, əl biləyi, ayaq,bud, onurğa, dirsək oynağı ən çox travmalara məruz qalan bədən üzvləridir. Bütün bu yaralanmaların diaqnoz və müalicəsi İdman travmatologiyası şöbəsində həyata keçirilir

Artroskopik Cərrahiyyə

Professional idmançılardan evdar qadınlara qədər geniş xəstə kütləsini əhatə edir.Artroskopik cərrahiyyədə diz, çiyin və ayaq biləyi artroskopiyaları, bağ, qığırdaq, menisk, vətər əməliyyatları, qığırdaq köçürmələri kimi müasir cərrahi metodlar müvəffəqiyyətlə tətbiq edilir. Əməliyyatlar təqribən 30 dəq-2 saat arasında aparılır. Artroskopiyada bir neçə kiçik dəri kəsiklərindən istifadə edilir, əməliyyat sonrası yara izi cüzi şəkildə qalır, ağrı isə çox az olur. Açıq əməliyyatlara nisbətən tez sağalır. Artroskopik əməliyyatdan bir neçə saat sonra xəstə evə yazıla bilər, ayaqüstə gəzəbilər, hətta, 3 gün sonra maşın da sürə bilər.Sorula bilən material istifadə edildiyi üçün tikişlərin sökülməsinə ehtiyac olmur.

Menisk yırtığının artroskopik ləğv edilməsi. (əvvəl və sonra)

Fizioterapiya

Mərkəzi Klinikada müasir cihazlarla təchiz olunmuş fizioterapiya şöbəsi fəaliyyət göstərir. Mərkəzi Klinikanın Ambulatoriyasında yerləşən fizioterapiya şöbəsi, elektrik müalicə, masaj və müalicə bədən tərbiyəsi üsulları ilə xəstələrə xidmət göstərir.

Fizioterapiya şöbəsinin həkimləri müxtəlif  xarici ölkələrdə təkmilləşmə kursları keçmişlər. Həmçinin şöbəinin tibb işçiləri, fizioterapevt tibb bacıları və massajistlər lazımi ixtisas kursları keçmişlər.

Fizioterapiya şöbəsində göstərilən xidmətlər:

Elektroterapiya

  • Qalvanizasiya.
  • Elektroforez.
  • Diadinamik cərəyanlar (Bernar cərəyanları)
  • Sinusoidal modullaşdırılmış cərəyanlar (SMT. Amplipuls).
  • Ultrasəs .
  • Fonofarez.
  • İntenferensiya cərəyanları.
  • Maqnitoterapiya.
  • Ultra yüksək tezlikli cərəyanlar (UVÇ)
  • TENS (Elektrik stimulyasiyası)
  • İnfraqırmızı Şüalar.
  • Ultrabənövşəyi şüalar.
  • Darsonvalizasiya
  • Qısa dalğa diatermiyası
  • İnhalyasiya
  • Qızdırıcı paketlər
  • Parafin applikasiyaları
  • Naftalan prosedurları             

Massaj

  • Ümumi massaj
  • Müxtəlif nayihələrin massajı
  • Pediatrik massaj

Müalicə Bədən Tərbiyəsi (MBT)

Fizioterapiya şöbəsində Mərkəzi klinikada yatan və ambulator xəstələrə müalicə bədən tərbiyəsi xidməti göstərilir.

Bunlara müxtəlif xəstəliklərdən, zədələrdən və sümüklərin sınığından sonra əmələ gəlmiş hərəkət məhdudluğunun bərpası daxildir.

Bundan başqa şöbəmizdə diz oynağının kontrakturaları zamanı oynağın hərəkətinin bərpası üçün xüsusi cihaz CPM (passiv hərəkət) mövcuddur. Bu cihazın köməyilə müxtəlif səbəblərdən öz funksiyasını itirmiş oynağın hərəkətinin bərpası mümkündür. Həmçinin şöbəmizdə fəqərələrdə olan problemin aradan qaldırmaq üçün mexaniki dartma (traksiya) aparatı mövcuddur. Bu aparatın köməyilə fəqərələrdə olan bəzi problemləri aradan qaldırmaq mümkündür.

Bundan başqa xəstəxanada yatan xəstələr üçün passiv gimnastika və tənəffüs gimnastikası xidməti göstərilir.

Cihazlar:

İtaliyanın Paqani şirkətinin istehsalı olan Kombinə elektroterapiya cihazı. Bu cihazın vasitəsilə interferensiya, elektraofarez, vakuum terapiya və fonoforez prosedurları aparmaq mümkündür.

TENS (elektrik stimulyasiya) cihazı. Bu cihazda manual və patologiya proqramları mövcuddur. Yəni cihaz xəstəliyə görə proseduru özü tənzimləyir.

Ad, soyad İxtisas Bölmə
Dr. Məhluqə Səfərova Fizioterapevt Fizioterapiya
Dr. Tamerlan Rəsulov Fizioterapevt Fizioterapiya
Uzman Dr. Yasin Haqverdiyev Ortoped-Travmatoloq Ortopediya-Travmatologiya