-
Xəbərlər2025-02-07

“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi Mərkəzi Klinikada keçirildi

Ətraflı oxu
“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi Mərkəzi Klinikada keçirildi

“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi

2025-ci il 16 may tarixində Mərkəzi Klinika mühüm bir tədbirə ev sahibliyi etdi – “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi çərçivəsində təşkil olunan təlim və praktiki sessiyalar uğurla baş tutdu. Bu konqres Azərbaycanda ürək-damar xəstəlikləri sahəsində ən nüfuzlu tədbirlərdən biri hesab olunur.

Tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən gəlmiş tanınmış kardioloqlar yeni müalicə protokolları, minimal invaziv texnikalar və elmi yenilikləri iştirakçılarla bölüşdülər. Mərkəzi Klinikanın həkimləri və tibb mütəxəssisləri üçün bu, bilik və təcrübə mübadiləsi üçün nadir fürsət idi.

Konqres, ölkəmizdə kardiologiyanın inkişafına mühüm töhfə verərək həm pasiyentlər, həm də həkimlər üçün faydalı oldu.

Photo gallery

"Travmadan sağalın, gücünüzü yenidən qazanın"