Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Mərkəzi Klinika əməkdaşlarının təltif edilməsi
Ətraflı oxu
2024-cü il noyabrın 11-dən 22-dək Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP-29) fəal iştirakına görə Mərkəzi Klinikanın əməkdaşları — Fərid İsmayıllı, Azad Abidov, Aytən Hənifli, Yusif Quliyev və Surxay Əliyev — Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşlar.
Bu yüksək qiymətləndirməyə görə möhtərəm Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildirir, bunun yalnız həmin əməkdaşların zəhmətinin deyil, həm də Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin rəisi Akademik Cəmil Əliyev başda olmaqla, onun rəhbərliyi altında Mərkəzi Klinikanın bütün kollektivinin göstərdiyi səylərin əks-sədası olduğunu vurğulayırıq.
Kollektivimizə göstərilən diqqət və qayğı onların səhiyyə sahəsində yeni uğurlar əldə etmələri üçün böyük ruh yüksəkliyi və əlavə stimul mənbəyi olmuşdur.
Dərin hörmətlə,
Mərkəzi Klinika kollektivi
Photo gallery
Fotoqalereya









