-
Xəbərlər2026-09-17

Mərkəz Klinikanın ümumi cərrahı Op. Dr. Mahmud Mahmudov Oksford Universitetində keçirilən beynəlxalq konqresdə məruzəçi kimi iştirak edib.

Ətraflı oxu
Mərkəz Klinikanın ümumi cərrahı Op. Dr. Mahmud Mahmudov Oksford Universitetində keçirilən beynəlxalq konqresdə məruzəçi kimi iştirak edib.

Mərkəzi Klinika beynəlxalq elmi platformada təmsil olunub!

15–17 sentyabr 2026-cı il tarixlərində Böyük Britaniyanın Oksford şəhərində, University of Oxford-un tarixi Examination Schools binasında keçirilən “7th IBC – University of Oxford World Congress” beynəlxalq elmi konqresində Mərkəz Klinikanın ümumi cərrahı Op. Dr. Mahmud Mahmudov Azərbaycanı təmsil edib.

Dünyanın müxtəlif ölkələrindən bariatrik və metabolik cərrahiyyə sahəsində mütəxəssislərin iştirak etdiyi konqresdə Dr. Mahmudov “Ballooned Expectations: Do Intragastric Balloons Deliver?” mövzusunda məruzə ilə çıxış edib. Təqdimatda intragastrik balonların piylənmənin müalicəsində müasir rolu, effektivliyi, pasiyent seçimi, eləcə də GLP-1 əsaslı müalicələrin geniş tətbiqi fonunda bu metodun yeri və gələcək perspektivləri müzakirə olunub.

Konqres çərçivəsində müxtəlif ölkələrdən olan mütəxəssislərlə klinik təcrübə mübadiləsi aparılıb, bariatrik cərrahiyyənin aktual məsələləri ətrafında elmi müzakirələr keçirilib və gələcək beynəlxalq əməkdaşlıq imkanları dəyərləndirilib.

Mərkəz Klinika olaraq həkimlərimizin beynəlxalq elmi platformalarda iştirakını, ölkəmizi təmsil etməsini və müasir tibbi bilik və təcrübənin Azərbaycanda tətbiqini yüksək qiymətləndiririk.

🇦🇿🤝🇬🇧

Photo gallery