Minsk Cərrahiyyə, Transplantologiya və Hematologiya Elmi-Praktik Mərkəzinin direktoru Oleq Rummonun rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Klinikada olub
Ətraflı oxu
Minsk Cərrahiyyə, Transplantologiya və Hematologiya Elmi-Praktik Mərkəzinin direktoru Oleq Rummonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfəri çərçivəsində Mərkəzi Klinikada görüş keçirib. Nümayəndə heyətini Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasovanın başçılığı ilə nümayəndə heyəti və Belarus Respublikasının səfiri Dmitri Pineviç müşayiət ediblər.
Qonaqları salamlayan Mərkəzi Klinikanın Baş direktoru Həsən Qəndilov nümayəndə heyətini klinikada görməkdən məmnunluğunu ifadə edib və qonaqlara Mərkəzi Klinikanın fəaliyyəti və xidmətləri barədə ətraflı məlumat verib.
Nümayəndə heyəti klinikanın müxtəlif şöbələri – təcili tibbi yardım və səyyar tibbi xidmət, şüa diaqnostikası, reanimasiya şöbələri ilə yaxından tanış olub.
Mərkəzi Klinika Xəstəxanasının Baş həkimi, tibb elmləri doktoru, professor Kamran Musayev qonaqlara klinikada həyata keçirilmiş və Azərbaycan səhiyyəsində, eləcə də Cənubi Qafqaz regionunda ilk dəfə baş tutmuş ürək transplantasiyası və ondan sonra qısa müddətdə həyata keçirilmiş orqan transplantologiyası əməliyyatları barədə ətraflı məlumat verib.
Görüşün sonunda qonaqlar və tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər. Nümayəndə heyəti Mərkəzi Klinikada yüksək gördükləri yüksək səviyyəli infrastruktur və xidmət şəraitindən dərin təəssürat keçirdiklərini, bu uğurun Azərbaycan səhiyyəsinin inkişafında və ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsində mühüm rol oynadığını qeyd ediblər.
Photo gallery
Fotoqalereya







