İstehsal tarixi | İstehsalçı | Model | İstifadə edildiyi şöbə |
---|---|---|---|
30.11.2014 | Siemens | Şüa Diaqnostika |
Diaqnostikanın ən müasir metodlarından biri də Maqnit-rezonans tomoqrafiyasıdır. Tibbin sürətli inkişafı nəticəsində yüksək səviyyəli Maqnit-rezonans tomoqrafiya cihazları da yenilənir. Zaqafqaziyada ilk dəfə məhz Mərkəzi Klinikada 3 TESLA Maqnit-rezonans tomoqrafiya cihazı quraşdırılmış və uğurla istifadəyə verilmişdir. Bu cihazın üstünlüyü ondan ibarətdir ki, rentgen şülanmasından istifadə olunmur. Müayinə insan orqnizminə heç bir mənfi təsir göstərmir. 3 TESLA Maqnit-rezonans tomoqrafiya cihazının maqnit gücünün daha çox olması 1 çox üstünlüklər yaradır. Belə ki, Maqnit-rezonans tomoqrafiya cihazı vasitəsi ilə aparılan müayinələrin vaxtı qısa olmaqla, gün ərzində daha çox xəstə müayinə etmək üstünlüyünü əldə etmiş oluruq. 3 TESLA Maqnit-rezonans tomoqrafiya cihazının yüksək keyfiyyəti sayəsində daha da keyfiyyətli Maqnit-rezonans spektroskopiya, Diffuzyon-Perfuzyon müayinələri dəqiq aparılmaqdadır.