• Ümumi məlumat
  • Həkimlər

Tibbi görüntüləmə - invaziv müdaxilə olmadan insanın daxili orqan və toxumalarını görmək imkanı verən və özündə bir sıra müayinə və müalicə üsullarını birləşdirən tibbin bir bölümüdür.

Tibbi görüntüləmə cihazları vasitəsi ilə orqanizmdə struktur dəyişikliyi müəyyən etmək və toxumaların fiziki  və kimyəvi  xassələrini müəyyən etmək mümkündür.

Şüa Diaqnostika Şöbəsi 4 istiqamətdə fəaliyyət göstərir:

  • Mərkəzi Klinika Xəstəxana
  • Mərkəzi Klinika Ambulatoriya
  • Təcili Tibbi Yardım və Səyyar tibbi Xidmət
  • Evdə Tibbi Xidmət

Mərkəzi Klinikada Şüa Dioqnostika şöbəsinin cihazları vasitəsi ilə milyonlarla insanın xəstəlikləri vaxtında və daha düzgün təyin olunur. Bu isə, mövcud olan xəstəliyi erkən mərhələdə  və düzgün istiqamətdə müalicə etməyə imkan yaradır. Nəticədə müalicə proqnozu daha yaxşı nəticə verir. Şöbəmizdə istifadə olunan cihazlar vasitəsi ilə alınan məlumat kliniki təbabətin bütün sahələrində dəqiq diaqnostik informasiyanın  alınmasına imkan yaradır.  Tibbi görüntüləmə cihazlarımız son model olması  ilə bərabər, çox yüksək keyfiyyətli görüntüsü, diaqnostik  informativliyi və pasientlərə zərərsiz olması ilə fərqlənir. Bununla belə xəstəxanamızda portativ diaqnostik cihazlarımız da var ki, onların vasitəsi ilə biz xəstəxanada, ambulatoriyada, təcili yardım və hətta evdə xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərə bilirik. 

Mərkəzi Klinika Xəstəxanasında Şüa Dioqnostika şöbəsində mövcud olan cihazlar: 

  • Çox kəsikli (multislays) kompüter tomoqrafı (256 kəsikli)
  • Çox kəsikli (multislays) kompüter tomoqrafı (16 kəsikli)
  • Maqnit-rezonans  tomoqrafı (3,0 Tesla maqnit sahəsi  gərginliyinə malik olan)
  • Açıq tipli maqnit-rezonans tomoqrafı (0,3 Tesla maqnit sahəsi gərginliyinə malik olan)
  • Ultrasəs  cihazları (4D Rəngli VOLUSON 730 4D, 2D Siemens, 2D General Electric)
  • Rentgenoskopiya cihazı EOG (elektron-optik gücləndirici ) ilə
  • Rentgenoqrafiya cihazı

Ambulatoriyanın Şüa Dioqnostika şöbəsində aşağıdakı cihazlar var:

  • Çox  kəsikli  (multislays) kompüter tomoqrafı (16 kəsikli)
  • Maqnit-rezonans  tomoqrafı  (1,5 Tesla maqnit sahəsi gərginliyinə malik olan)
  • Ultrasəs  cihazları (4D Rəngli VOLUSON 730 4D, 3D Logic 7, portativ General Electric)
  • Rəqəmli rentgenoqrafiya cihazı
  • Rəqəmli rentgenoskopiya cihazı
  • Rəqəmli densitometriya cihazı

Təcili Tibbi Yardım və Səyyar tibbi Xidmət şöbəsində mövcud olan şüa dioqnostika cihazları: 

  • Portativ Ultrasəs  müayinəsi cihazı
  • Portativ Rentgenoskopiya cihazı

Evdə Tibbi Xidmət-də mövcud olan şüa dioqnostika cihazları: 

  • Portativ Ultrasəs müayinəsi cihazı
  • Portativ Rentgenoskopiya cihazı

Rentgen müayinəsi

Rentgenoqrafiya ag ciyər xəstəliklərinin rutin müayinəsidir. Bu cihaz vasitəsi ilə böyük ölçülü rentgen şəkillər əldə etmək olur.  Bundan başqa skeletin travmalarında, sınıqlar və çatların aşkar edilməsində, həmçinin onurğanın müxtəlif nahiyyələrinin degenerativ dəyişikliklərinin, destruktiv ya da litik törəmələrin aşkar edilməsində istifadə olunur. Eyni zamanda anadangəlmə skelet patologiyalarında geniş tətbiq olunur. 

Şüa Dioqnostika Şöbəsində portativ rentgen cihazı da mövcuddur ki, bu cihaz vasitəsiylə reanimasiya və stasionarda müalicə alan xəstələrə, eyni zamanda “Təcili Yardım Xidməti” və “Evdə Tibbi Xidmət” vasitəsiylə transpontable olmayan xəstələr ev şəraitində də rentgen çəkmə imkanı yaradır.

Rentgenoskopiya müayinəsi

Rentgenoskopiya ilə aşağıdakı diaqnostik tədqiqatlar aparılır:

  • Qida borusu-mədə 12 barmaq bağırsaq müayinəsi;
  • Farinqo-ezofaqoqrafiya;
  • Yoğun bağırsağın ikili kontrastlı tədqiqi;
  • Fistuloqrafiya;
  • Sistoqrafiya;
  • Uretroqrafiya;
  • Histerosalpinqoqrafiya və s.

Cihaz rəqəmsaldır, bu da cəkilən gorüntülərin sonradan işlənilməsi, hafizəyə alınması və onların digər kompyuterə və yaxud çapa göndərilməsini mümkün edir.

Mammoqrafiya müayinəsi             

Mammoqrafiya müayinəsi qadınlarda süd vəzisində olan xəstəliklərin erkən vaxtlarda aşkar edilməsi üçün aparılan rentgen müayinəsidir. Bu üsul, yaş həddi nəzərə alınaraq süd vəzisində meydana çıxan patoloji dəyişiklikləri müayinə etməyə imkan verir. Həmçinin, mammoqrafiya müayinəsinin profilaktika məqsədi ilə aparılması məsləhət görülür.

Mammoqrafiya vasitəsilə qadınlarda aşağıda göstərilən xidmətlər aparılır:

  • Mastopatiya;
  • Süd vəzinin xərçənginin diaqnostikası;
  • Punksion biopsiya olunması üçün yerin düzgün təyin olunması;
  • Qeyri-xərçəng xəstəliklərinin diaqnostikaları;
  • Ptrotezləşdirdikdən sonra süd vəzisində meydana çıxan fəsadlar;
  • Süd axarlarının diaqnostikası və s.

Cihaz rəqəmsaldır. Bu da çəkilən görüntülərin keyfıyyitını yüksəldir və  görüntülərin CD-diskinə yazılmasını mümkün edir.

Densitometriya müayinəsi

Sümük Mineral Densitometriya-kompyuterləşdirilmiş absorbsion üsulla sümükdə mineralların sıxlığını təyin edən diaqnostik metoddur. Sümük Densitometriyası gələcəkdə baş verə biləcək sınıqların proqnozlaşdırılmasında, sümük kütləsinin itirilməsinə səbəb olan digər xəstəliklərin diaqnostikasında mühüm kliniki əhəmiyyət daşıyan bir üsuldur.  50 yaşından etibarən menopauza dövrünü yaşayan qadınların 2 ildə 1 dəfə bu müayinədən keçməsi məsləhətdir.

Kompüter tomoqrafiya (KT)

Bu günədək Şüa Dioqnostika Şöbəsində 40000–dən çox KT müayinələri aparılmışdır. Kompüter tomoqrafiya müayinəsi üçün göstərişlər:

  • Travmalar (kəllə-beyin, döş qəfəsi, abdominal)
  • Kəskin qansımalar
  • Ağ ciyər patologiyası
  • Mədə-bağırsaq sistemin patologiyası
  • Öd kisəsi, böyrək, sidik kisəsi daşları
  • Paranazal sinusların patologiyası (sinuitlər və s.)
  • Gicgah sümüklərin patologiyası
  • Sümüklərin patologiyası
  • Törəmələr ( şişlər, kistalar və s.)
  • İltihabi proseslər
  • Orqanların  struktur dəyişiklikləri
  • Limfa düyünlərinin zədələnmələri
  • Boşluqlarda maye yığıntıları
  • Magistral damarların genişlənmələri, daralmaları
  • Beyinin damar patologiyaları (insultlar, qansızmalar, anevrizmalar və s.)

Kompyuter tomoqrafiya (KT 256 kəsikli )

Siemens istehsalı olan çox kəsikli ən yeni model 256 kəsikli kompüter tomoqrafiya cihazı vasitəsilə xəstədə tez bir zamanda (bir neçə saniyə ərzində) bədənin müxtəlif nahiyəsinin, çox kiçik qalınlıqlı KT kəsikləri (0,6 mm-ə qədər olan) almaq mümkündür.

KT-angioqrafiya müayinələri

  • 256 kəsikli kompüter tomoqrafiya ilə KT-angioqrafiya müayinələri :
  • Aortoqrafiya
  • Magistral damarların angioqrafiyası
  • Koronar damarların angioqrafiyası
  • Beyin damararın angioqrafiyası

Eyni zamanda virtual endoskopiya müayinələri

  • Traxeo-bronxoskopiya

Bununla da xəstə klassik angioqrafiya və endoskopiya müayinələri zamanı ortaya çıxa biləcək fəsadlaşmalardan  qorunur.

Koronar KT-angioqrafiya xidmətinin adi angioqrafiyadan üstünlükləri:

Kardial KT angioqrafiya xidməti

  • İnvaziv deyil;
  • Xəstənin daha az  zamanını alır;
  • Heç bir fəsadlaşma yaratmır;
  • Dəqiq diaqnoz verir;
  • Damar içi patoliji dəyişiklikləri göstərmək imkanı verir

Koronar KT-angioqrafiyası nə zaman olunur?

  • Aortokoronar şuntlama xəstələrində;
  • Stent qoyulan xəstələrdə;
  • Anadangəlmə və qazanılmış ürək qüsurlarında;
  • Aorta və ya koronar anevrizması olan xəstələrdə.

Maqnit-rezonans görüntüləmə

Şüa Dioqnostika Şöbəsində 3 Maqnit rezonans cihazı sutkada 24 saat xəstələrə dayanmadan xidmət göstərir.

  • 3,0 tesla gərginlikli bağlı tipli maqnit rezonans tomoqraf MK Xəstəxanada;
  • 1,5 tesla gərginlikli bağlı tipli maqnit rezonans tomoqraf MK Ambulatoriyada;
  • 0.3 tesla gərginlikli aşıq tipli maqnit resonans tomoqraf MK Xəstəxanada.

MRT müayinə metodu ilə əsasən insan orqanizminin aşağıdakı anatomik nahiyyələri və sistemləri müayinə olunur.

  • baş beyin;
  • hipofiz;
  • orbita;
  • fəqərə sütunu;
  • onurğa beyni;
  • boyun;
  • döş qəfəsi orqanları;
  • qarın boşluğu orqanları;
  • çanaq orqanları;
  • sümük-oynaq sistemi;
  • yumşaq toxumalar;
  • damarlar;

Şüa Dioqnostika Şöbəsində mövcud  olan MRT cihazlarının özəllikləri:

  • Gərginlikləri 3,0 və 1,5 Tesla maqnit sahələri olan cihazlarının çox yüksək keyfiyyətli görüntülər almaq imkanı vardır;
  • Bizim  cihazların vasitəsi ilə xəstənin müayinəsi çox qısa bir zamanda aparıldığından xəstədə narahatçılıq yaranmır;
  • Damarların aydın və dəqiq angioqrafik görüntülərini almaq mümkündür;

Xəstə aparat içərisində olan zaman, xəstənin nəbzini kontrol edən qurğu mövcuddur.

Ultrasəs və rəngli Doppler müayinəsi

4D Rəngli Ultrasəs Müayinə Cihazı VOLUSON 730 4D “General Electric” firmasının cihazıdır. Bu cihazla orqanların  keyfiyyətli rəngli şəklini və video görüntülərini almaq mümkündür.

Ultrasəs dalğalarına və Doppler  effektinə əsaslanan bu müayinə ilə: 

Qarın boşluğunda yerləşən parenximatoz orqanların, qadınlarda kiçik çanaq orqanlarının, eləcə də hamiləliyin, Urologiya və Andrologiyada (böyrək, sidik kisəsi, sidik yollarının, həmçinin kişi cinsiyyət orqanlarının skrotal və penil doppler kimi müayinələr), pediatriyada (transfontanel beyin, bud-çanaq və s.); damarların (ekstrakranial, periferik və s.) patologiyaları araşdırılır. Cihazın köməyi ilə həmçinin bütün damarların Rəngli Doppler müayinəsi aparılır. Bu metodla orqanlardakı qan axını dəyişiklikləri, bədxassəli toxumaların qan xüsusiyyətləri, ürək-damar xəstəlikləri araşdırılır.

Rəngli Doppler müayinəsi

  • Beyinə qan daşıyan böyük damarların daralmalarında və trombların aşkarlanmasında;
  • Hamiləlik təqibində uşağın və ananın risk altında olub olmadığının dəyərləndirilməsində;
  • Yüksək təzyiqin böyrək mənşəli olub olmadığının araşdırılmasında;
  • Qara ciyər sirrozunda xəstəlik haqqında detalların təsbitində;
  • Qol və ayaqdakı damar xəstəliklərinin

və başqa xəstəliklərin aşkarlanmasında istifadə olunur.

İnvaziv Radiologiya

İnvaziv Radioloji müdaxilələr radiologiya cihazları vasitəsi ilə aparılan müdaxilələrdir. Bu müdaxilələr diaqnostik və müalicə məqsədi ilə həyata keçirilir. İnvaziv radioloji müdaxilələrin həyata keçirilməsinin əsas məqsədi göstəriş olduğu zaman cərrahi müdaxilələrə alternativ olan az invaziv metod olaraq istifadə olunmasıdır.

İnvaziv Radioloji müdaxilələrin ən böyük üstünlükləri:

  • Az invaziv olması;
  • Xəstələrin ümumi anesteziya almaması (istisnalar xaric).

Vaskulyar müdaxilələr:

  • Biopsiyalar;
  • Perkutan nefrostomiyalar;
  • Perkutan abses və ya kist drenajı;
  • Öd yollarının drenajı;
  • Ablasiya proseduraları.
  • Non-vaskulyar müdaxilələr:
  • Diaqnostik angioqrafik çəkilişlər;
  • Balon angioplastikası (balonla genişlətmə) və Stent taxılması;
  • Trombolitik müalicə;
  • Embolizasiya və kemoembolizasiya
  • Koil embolizasiyası və s.

Mərkəzi Klinikanın Şüa Dioqnostika Şöbəsində aparılan diaqnostik müayinələrin sayı ildən ilə artır.  Buna səbəb isə  Klinikamızdakı tibbi cihazların son model olması, beynəlxalq standartlara cavab verməsi və şöbəmizdə işləyən tibbi personalımızın yüksək ixtisaslaşmasıdır. 

Mərkəzi Klinikanın Şüa Dioqnostika Şöbəsi 7 gün 24 saat xidmətinizdədir!

Ad, soyad İxtisas Bölmə
Dr. Amalya Bağırova Rentgenoloq Şüa Diaqnostika
Dr. Aytən Axundova Radioloq Şüa Diaqnostika
Dr. Cəmilə Eybətova Funksional diaqnostik Şüa Diaqnostika
Dr. Firdovsi İsmayılov İnvaziv Radioloq Şüa Diaqnostika
Dr. Kamran Yaqubov Radioloq Radiologiya
Dr. Nərmin Əmiraslanova Rentgenolog, Funksional diaqnostik Şüa Diaqnostika
T.e.n. Dr. Qulam İbrahimov Rentgenoloq Şüa Diaqnostika