Prof. Dr. Kamran Musayeva ürəyində ağır bir əməliyyat keçirmiş xəstəsi tərəfindən ünvanlanmış təşəkkür məktubu.
Mərkəzi Klinika Xəstəxanasının baş direktoru Həsən Gəndilova
Mərkəzi Klinikanın tibb işçisi Sevinc xanıma
Elə oldu ki, anam Qurbanova Lətifə, 3 gündür ki, MRT müayinəsindən keçə bilmirdi.
Mərkəzi Klinika Ambulatoriyada MRT işləmirdi və bizi Noyabrın 17-ndə axşam saat 21-ə Mərkəzi Klinika Xəstəxanasına göndərdilər.
Axşam saat 21:00-da gəldik və xəstəxanadan təxminən 23:00-da çıxdıq.
Noyabrın 17-də MRT-də həkim Sevinc xanım işləyirdi (soyadını bilmirəm, təəssüf olsun).
Sevinc xanıma həssaslığına, xəstələrə doğru münasibətinə görə sizin vasitənizlə buradan təşəkkür bildirirəm. Bir çox tibb işçiləri xəstələrə bəzən diqqətlə və ərarətlə yanaşmırlar.
Bu asan iş deyil. Orada olub Anamı gözləyərkən çox şey gördüm. İnanın, elə xəstələr gəldi ki, mən özüm də onlara dözməzdim. Sevinc xanım isə hər xəstə ilə nəzakətli, təmkinli, anlayışlı danışmağa çalışırdı. Nəzərə alsaq ki, növbə qeydlərində anlaşılmazlıq olub. Xəstələr gəlirdi və gəlirdi. Və çoxları mübahisə edirdi. Sevinc xanım isə hamıya kömək etməyə çalışırdı.
Yeri gəlmişkən, Sevinc xanım MRT-da gördüyü və söylədiklərini bizim həkim də təsdiqlədi.
Sevinc xanım peşəkar və sadə, mədəni xanımdır!
Rus dilində elə şeir var:
Не бойтесь, пожалуйста, доктора!
Он в горло больного заглянет сперва
И выпишет срочно рецепт для больного:
“Таблетки, микстура и ТЁПЛОЕ слово,
Компресс, полосканье и ДОБРОЕ слово,
Горчичники, банки и НЕЖНОЕ слово, —
Ни капли холодного, острого, злого!
Без доброго слова, без теплого слова,
Без нежного слова — НЕ ЛЕЧАТ больного!
Hörmətlə,
Rəna Hüseynxanova
Prof. Dr. Kamran Musayeva ürəyində ağır bir əməliyyat keçirmiş xəstəsi tərəfindən ünvanlanmış təşəkkür məktubu!
20.04.2018
İradə xanım İsgəndərovanın ailəsi
03.07.2017
Mən Masallı rayonunun Qızılavar kəndində yaşayıram. Bu yaxınlarda bir acı xəbərlə bütün kəndimiz sarsıldı: kəndimizin savadlı və LAYİQLİ oğullarından biri olan Fəridin ağır xəstələndiyini eşitdik. Bu günlər isə şad xəbərlər eşidirik. Sizin xəstəxanada müalıcə alan Fərid kritik vəziyyətdən çıxıb və onun sağalmağına doğru ciddi irəliləyiş var. Buna çox sevinirik. Təbii bu işdə Sizin kollektivin BÖYÜK əməyi var. Mən 5000 -ə yaxın əhalisi olan kəndin bütün üzvləri adından Fəridin müalicə almasında əməyi keçən hər bir kəsə, xüsusən Dr. Vüqar Abdulkərimova dərin təşəkkürümü bildirirəm. Xahiş edirəm, təşəkkürümü Dr. Vüqar Abdulkərimova çatdırasınız. Qiymətli əlləriniz yorulmasın, zehniniz həmişə iti olsun!.
29.03.2017
Ə.Ə (“BP” şirkəri, “A” group) tərəfindən Mərkəzi Klinikanın rəhbərliyindən xahiş edirəm ki, adları aşağıda olan həkimlərə təşəkkürlərimiz bildirilsin:
Mərziyə Muxtarova, Günel Abdiyeva, Həmzəli Aysel, Nərgiz Əfəndiyeva, Sevinc Ələsgərova, Fəridə Əjdərli, Aynur Novruzova, Ayşən Rəcəbli, Jalə Rəcəbova, Səadət xanım o cümlədən Klinkanın rəhbərliyinə və bütün personala xəstələrə göstərilən yüksək tibbi servisə görə minnətdəram. Mərkəzi Klinkanın həkim və tibb bacısı heyətinə yüksək peşə qabiliyyətinə və xəstələrə göstərən xoş, mehriban münasibətə və əla tibbi servisə görə öz adımdan, ailəmin adından, o cümlədən bütün “BP” şirkətinin əməkdaşları adından bütün personal qarşısında təşəkkür edirəm.
Seyidovlar ailəsi olaraq Mərkəzi Klinikanın kollektivinə səmimi qəlbdən təşəkkür edirik, can sağlığı işlərinizdə uğurlar arzulayırıq. Qeyd edək ki, övladımız dünyaya vaxtından əvvəl göz açmışdı, başqa klinikalarda yaşamaq ehtimalının az olduğu deyilmişdi bizə. Biz uşağı çox ağır vəziyyətdə Mərkəzi Klinikanın “Neonotologiya şöbəsi”nə köçürdük. 10 gün süni tənəffüs aparatına bağlı yaşadı və ağciyərində anadangəlmə kist olduğu üçün çox böyük cərrahi əməliyyat keçirdi.
Biz xüsusilə Mərkəzi Klinikanın neonotoloqları Sevda Əsədova, Nigar Hüseynova , Vəfa Hacıyeva, Sevinc Abbasova , Rəna Qasımova və Uşaq cərrahları Fuad Hüseynov, Günel Əmiraslanova, anestezioloq Asəf Məmmədova bizə körpəmizi sağ-salamat verdikləri üçün təşəkkür edirik.
İmza: Seyidovlar ailəsi
05.07.2016
The service, hospitality and friendliness that I experienced at Merkezi hospital is outstanding. I was mainly treated by Dr. Sevinj. Not only is she professional and knowledgeable, but she goes out of her way to help the expats who has difficulty with the language. She makes accurate diagnoses and give you quality time when you pay her a visit at the hospital. She is not only an asset to the hospital, but an asset to the community. Thank you Dr. Sevinj for outstanding work and for building positive relations among people.
Regards
Ms. Sophia de Jagerb (teacher at BTEC Primary)
02.06.2016
Uşaq həkimimiz Sevda xanıma dərin minnətdarlıq bildiririk. Yaxşı həkimdir yaxşı insandir yaxşı kollektivi var. Hər kəsə ayrı ayrılıqda təşəkkür edirəm. Rəna xanım, Sevinc xanım halal olsun sizlərə. Sizə borcluyuq qayğınıza görə.
Hörmətlə Nahid Həziyev
Mərkəzi Klinikanın rəhbərliyinə mən M.H-dən
Xəzər Rayon Binə Qəsəbəsində yaşayıram. Səkkiz ildir ki, müxtəlif klinikalarda nevropatoloqlardan müalicə alırdım. Son ümid yeri olaraq Sizin klinikanı məsləhət gördülər. Sentyabr ayından etibarən sizin klinikanızda işləyən Nevropatoloqdan Muxtarova Mərziyyə xanımdan müalicə alıram. Hazırda səhhətim yaxşıdır, özümü rahat hiss edirəm, daha da yaxşı olacağıma ümid edirəm. Sizə təşəkkür etməyi özümə borc bildim. Klinikanıza işlərində uğurlar arzulayıram.
Hörmətlə, M.H.
İlk öncə klinikanın bütün əməkdaşlarını salamlayıram. Başda nevropotoloq Dr Aysel Həmzəli, MRT cavablarını hazırlayan Dr. Aynur xanıma, fizioterapiya şöbəsinin əməkdaşlarına, qeydiyyat şöbəsinin qızlarına və klinikanın bütün zəhmətkeş işçilərinə dərin təşəkkürümü bildirirəm. Sizin klinikaya, Aysel xanıma müraciət edincəyə qədər 5 fərqli klinikada olmuşdum. Amma heç birindən şəfa tapmamışdım.
Dr. Aysel xanımın cəmi bir kurs müalicəsindən sonra tam sağaldım və özümü yaxşı hiss edirəm.
Bir daha təşəkkür edirəm. Yaxşı ki, səhiyyəmizdə Aysel xanım, Aynur xanım kimi həkimlərimiz var.
Mərkəzi Klinikanın baş direktoruna
Mən, Nəzərli Şövkət Orucəli qızı, sizin Klinikada müalicə alan xəstə Nəzərli Aydın Məhərrəm oğlunun valideyini olaraq bildirirəm ki, oğlum cari ayda “Hipofiz adenomasının çıxarılması” dioqnozu ilə klinikanın neyrocərrahiyyə şöbəsinin müdiri Mirzəliyev Vüqar Əli oğlu tərəfindən cərrahi əməliyyat olunmuşdur. Əməliyyat çox uğurlu keçmişdir. Müalicə həkimi Mirzəliyev Vüqar, onun asistenti Axundova Aygün və digər tibb işçiləri tərəfindən böyük qayğı və diqqət görmüşük. Aparılan düzgün müalicə, göstərilən diqqət və qayğı nəticəsində oğlum yenidən həyata qayıtmış, tam sağlam şəkildə cəmiyyətə qatılmışdır. Bütün bunlara görə bir ana olaraq mən, Sizin rəhbərlik etdiyiniz kollektivə, xüsusən Vüqar həkimə, dərin minnətdarlığımı bildirir və təşəkkür edirəm.
Mən 3 yaşlı Nərmin Hacızadənin nənəsi Dilguşə müəllimə, başda Mərkəzi Klinika Xəstəxananın direktoru olmaqla, reanimatoloqlar, uşaq cərrahları, ümumi cərrah, neanatoloq və digərlərindən çox razıyıq. Biz Nərminin yaxınları balaca balamıza göstərilən diqqət və qayğıdan artıq dərəcədə minnətdarlığımızı bildiririk. Biz övladımızı bura demək olar ki, çox ağır vəziyyətdə və ümidsiz şəkildə həkimlərin öhdəsinə təhvil verdik. Həkimlərin gecə və gündüz bilmədən çalışması, böyük diqqəti, səyi, güclü bacarıqları sayəsində doqquzuncu günü övladımız həyata gözünü açdı. Elə bil ki, bizim üçün balamız ikinci dəfə dünyaya gəldi.
Mən şahidi oldum ki, Reanimasiya şöbəsində bir xəstənin başında komanda şəklində 10-dan çox həkim heyəti çalışıdılar. Burada yalnızca xəstəyə deyil, xəstə yaxınlarına da diqqət, münasibət olduqca yüksək səviyyədədi. Mən deyərdim ki, bu cür müəssisəni indiyənəcən yalnız xarici filmlərdə görərdim. Belə ki, məhz belə filmlərdə gördüyüm ən son texnalogiyaya cavab verən və heç bir tibb müəssisəsində rast gəlmədiyim cihazlar Mərkəzi Klinika Xəstəxanasında təchiz edilmişdir.
Həqiqətən də, mühafizə işçilərindən tutmuş direktora kimi hər bir personal öz sahələrində xəstə üzərində böyük bir komanda şəklində dəqiqliklə işləyirlər. Xəstəxanaya daxil olan andan digər tibb müəssisələrindən seçilərək, fərqli abu-hava bizi qarşılayır. Burdakı qarşılaşdığımız nizam intizam, səliqə səhman və stirilizasiya sistemi bir anlıq həttə xəstəxanada olduğumuzu unutdurur. Mən nənəsi və bütün Nərminin yaxınları bu cür həkimlər qarşısında baş əyirik. Göydə ALLAH və yerdə Mərkəzi klinikanın direktoru olmaqla, onun başçılıq etdiyi həkim heyəti bizim balamıza elə məhz bizə də, yeni bir həyat bəxş etdilər. belə bir müəssisənin Azərbaycanda olması ilə şəxsən mən və yaxınlarımız fəxr edirik. Qürurla deyə bilərik ki, Azərbaycanda övladlarımızın və demək olar ki hər bir yaş həddində olan insanların sağlamlıqlarının qayğısına qalan belə bir xəstəxana mövcuddur.
Mərkəzi Klinikanın Baş direktoruna İsmayılov Yusif tərəfindən...
Sizə və Sizin klinikanın heyətinə göstərdiyiniz xidmətlərə görə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sağ olun! İmza: Hüseynov Yusif.
Bakı şəhəri, Mərkəzi Klinikanın Baş direktoruna vətəndaş Məmmədov Həmid Mürsəl oğlu tərəfindən təşəkkürnamə!
Mən, Məmmədov Həmid yazıb Sizə bildirirəm ki, Sizin xidmət göstərdiyiniz klinikanın poliklinika şöbəsinin xidmətindən çox razıyam və xüsusən də qeydiyyat şöbəsinin işçisi Cəmilə Əzizbəyliyə öz təşəkkürümü bildirirəm.
Sizə də öz minnətdarlığımı bildirirəm ki, rəhbərlik etdiyiniz kollektivdə belə şərait yaradmısınız və müraciət edən xəstələrin şikayətlərinə dərhal reaksiya verilir. Ona görə də, Sizə və kollektivinizə işinizdə uğurlar və can sağlığı arzulayıram.
Mərkəzi Klinikanın rəhbərliyinə!
Şirvan şəhər 3 saylı tam orta məktəbin müəllimi Əliyeva Rahilə Abdulrəhim qızı tərəfindən Təşəkkürnamə.
Yazdığım ərizəyə əsasən gəlinim Əsgərova Samirə və onun əkizlərinə göstərdiyiniz güzəştli müalicəyə görə Sizə öz adımdan və ailəmizin adından dərin minnətdarlıq bildirir və sonsuz təşəkkürlər edirik. Sizə bu xeyirxah işlərinizdə uğurlar arzulayırıq.
Hörmətli, Ramil həkim!
Uzun müddət idi ki, kəskin ürək ağrılarından əziyyət çəkirdim. Xəstəxananızda əməliyyat olunduğumdan sonra ürək ağrılarını unutmuşam. Şöbənizdə çox keyfiyyətli, yüksək səviyyəli müalicə almağımla şəfa tapdığıma və həmçinin mənə göstərilən diqqət və qayğıya görə başda Kamran həkim olmaqla Sizə, eyni zamanda tabeliyinizdə çalışan həkimlərin və şəfqət bacılarının hər birinə dərin təşəkkürümü bildirirəm.
Böyük hörmət və xoş arzularla...
Pasientiniz Müqabil Müzəffərli
Mərkəzi Klinikanın Ambulatoriyasının Baş həkimi Bəyaz xanım İbrahimovaya
Sizi salamlayır 62 yaşlı neftçi Vidadi Əmiraslanov
Hörmətli həkim. Mən uzun müddət idi ki, ayaqlarımın ağrısından gecələr yata bilmirdim. Çox həkimlərə müraciət etmişdim, ancaq əlac tapılmırdı. Nevroloqlar belimdə 8mm yırtıq olduğuna görə dərmanın təsir etmədiyini, neyrocərrahlar isə, bu ağrıların yırtıqla əlaqəsi olmadığını bildirir, ürək həkimləri isə ürəyimin zəif olduğunu və ona görə ayaqlarıma 30-35% qanımın az gəldiyini bildirdilər.
Sizin klinikanın nevroloqu Lalə xanım Əliyevanın məndə “Narahat ayaqlar sindromu” olduğunu bildirdi və onun müalicəsindən sonra mən gecələr rahat yatmağa başladım.
Mənim üçün böyük şərəf olardı ki, mənim təşəkkürümü Lalə xanıma bildirəsiniz.
Hörmətlə, Əmiraslanov V.