Xəbərlər

Mərkəzi Klinikada TİKA-nın dəstəyi ilə müasir Simulyasiya Mərkəzi yaradıldı

Klinika Azərbaycan Tibb Universiteti, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, həmçinin 1 və 2 nömrəli tibb məktəblərinin klinik bazası kimi təsdiq edilmişdir. Burada hər il yüzlərlə həkim-rezident və orta tibb işçisi təcrübə keçir və biliklərini təkmilləşdirir.
Klinikanın elmi-texniki bazasının müasir tələblərə uyğun təkmilləşdirilməsi və tədris prosesinin ən son texnologiyalarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə növbəti mühüm addım kardiologiya sahəsində atılaraq, qardaş ölkənin Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə müasir Simulyasiya Mərkəzi yaradılmışdır. Mərkəzin açılışı TİKA-nın sədri Abdullah Erenin birbaşa iştirakı ilə həyata keçirilmişdir.
Simulyasiya Mərkəzi ən müasir miniinvaziv endoskopik cərrahiyyədə təlim maneken və avadanlıqları ilə təchiz olunub. Bu mərkəz tələbələrə və rezidentlərə real kardiocərrahi əməliyyatların simulyasiya edilmiş versiyaları üzərində işləmək imkanı yaradır. Beləliklə, onlar praktik bacarıqlarını inkişaf etdirərək cərrahi vərdişlərini mükəmməlləşdirə biləcəklər.
Əminik ki, regionda nadir nümunələrdən biri olan bu Simulyasiya Mərkəzi ölkəmizdə yeni nəsil tibbi kadrların yetişdirilməsində mühüm rol oynayacaq.
Göstərdikləri hərtərəfli dəstəyə görə başda hörmətli Abdullah Eren olmaqla, TİKA-nın bütün kollektivinə dərin təşəkkürümüzü bildiririk.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):