“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi çərçivəsində, 16 may 2025-ci il tarixində Mərkəzi Klinikada təlimlər və praktiki sessiyalar uğurla həyata keçirildi.
- Ürəyin cərrahi anatomiyası və koronar anastomoz kursu,
- Tibb bacıları və perfüzionistlər üçün ixtisasartırma məqsədli öyrədici sessiyalar təşkil olundu.
Bu tədbirlər gənc mütəxəssislərin peşəkar inkişafı, sahə üzrə yeniliklərlə tanışlığı və təcrübə mübadiləsi üçün mühüm platforma oldu.
Konfrans Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev, hazırkı sədri Ramil Əliyev və Dr. Vüqar Qapaqovun rəhbərliyi ilə keçirildi.


