Xəbərlər

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən Mərkəzi Klinika əməkdaşlarının bir qrupu təltif edilmişdir.

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən Mərkəzi Klinika əməkdaşlarının bir qrupu təltif edilmişdir.
2024-cü il noyabrın 11-22-də Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP-29) fəal iştiraklarına görə Mərkəzi Klinikanın əməkdaşları Fərid İsmayıllı, Azad Abidov, Aytən Hənifli, Yusif Quliyev və Surxay Əliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən “Təşəkkürnamə” ilə təltif edilmişlər.
Bu təltifə görə möhtərəm Prezidentə dərin təşəkkür və minnətdarlığımızı bildirərək, bunu təkcə həmin əməkdaşların əməyinə deyil, eyni zamanda Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin rəisi Akademik Cəmil Əliyev başda olmaqla, onun rəhbərliyi altında Mərkəzi Klinikanın kollektivinin gördüyü işlərə verilən ən yüksək qiymət hesab edirik.


Kollektivimizə göstərilən bu diqqət və qayğı, onların bundan sonra da səhiyyə sahəsində yeni nailiyyətlər qazanmalarına böyük ruh yüksəkliyi yaratmış və həvəsləndirmişdir.
Dərin hörmətlə;

Mərkəzi Klinika kollektivi

 

 


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):