Xəbərlər

Mərkəzi Klinika - Sterilizasiya böıməsi

Mərkəzi Klinikada müasir tələblərə cavab verən Mərkəzi Sterilizasiya şöbəsi fəaliyyət göstərir. Bizim şöbədə “isti” və “soyuq” sterilizasiya aparılır. Yüksək temperaturlara dözümlü olan tibbi cihaz və alətlər üçün 3 böyük həcmli buxar avtoklavları var. Yüksək temperaturlara dözümü olmayan tibbi alətlərin sterilizasiyası isə Etilen oksid qaz sterilizatoru, Formaldehid və Hidrogen peroksid plazma sterilizatorlarında aparılır.

Müasir cihazların olmasından vacib olan bu cihazların düzgün istifadəsi və sterilizasiya prosessinə nəzarətdir. Nəzarət sterilizasiya prosessinin fərqli mərhələlərində aparılır:

Hər cihazin avtoreqistratoru var, bunun vasitəsi ilə cihazın işi saniyələrlə qeydə alınır. Cihazda hər hansı mərhələsində (buxar, vakum, sterilizasiya) problem olarsa, reqistrator bunu qeyd edir. Hər gün işə başlayanda avtoklavların texniki vəziyyəti Bowie-Dick testlə yoxlanılır Hər bir tibbi alət sterilizasiyadan əvvəl paketlənir və hər bir paketdə kimyəvi indikatorlar istifadə olunur. Həftədə bir dəfə cihazların işi bioloji indikatorlarla yoxlanılır. Sterizasiya şöbəsində “cirkli”-dən “təmiz”-ə doğru olan iş axını prinsipinə riayyət olunur.

Əlaqə üçün:
105
(012) ‪492-10-92

Ünvan:
Mərkəzi Klinika Xəstəxana Parlament pr. 76
Mərkəzi Klinika Ambulatoriya Zərifə


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):