1 ay əvvəl 22 yaşlı xəstəmiz sinədə ağrı, təngənəfəslik şikayəti ilə xəstəxanamıza müraciət etdi. Aparılan laborator və instrumental müayinələr əsasında xəstəyə Sol mədəciyinin ön divarının miokard infarktı diaqnozu qoyuldu. Lakin infarkt üçün xəstə cavan yaşda idi və heç bir risk faktoru yox idi. Səbəb olaraq yalnız ağır fiziki işlə məşğul olduğunu bildirirdi.
Aparılan Koronar angioqrafiyadan sonra xəstəyə ana koronar arteriyanın spontan disseksiyası diaqnozu qoyuldu. Yəni xəstənin əsas ürək damarı cırılmışdı.
Statistikaya əsasən bu miokard infarktının nadir səbəbi yalnız 0.1% rast gəlinir. Xəstəyə dərhal tərəfimizdən müdaxilə edildi. Uğurlu stent implantasiyası sonrası damar açıldı və xəstəmiz sağlam şəkildə evə yazıldı.
Əlaqə üçün:
105
(012) 492-10-92
Ünvan:
Mərkəzi Klinika Xəstəxana Parlament pr. 76
Mərkəzi Klinika Ambulatoriya Zərifə Əliyeva küç.5