Xəbərlər

Bakıda 2 yaşlı körpə bir il nəfəs borusunda sümük parçası ilə yaşayıb

Bakıda 2 yaşlı körpə bir il nəfəs borusunda sümük parçası ilə yaşayıb.

"Report" xəbər verir ki, bu barədə körpəni əməliyyat edən uşaq cərrahı Fuad Hüseynov bildirib.

O qeyd edib ki, 2 yaşındakı qız bir il nəfəs borusunda sümük parçası ilə yaşayıb:

"Artıq çətinliklə nəfəs alırdı, xırıltı uzaqdan eşidilirdi. Körpənin 1 yaşı olanda balıq yediyini deyirlər və ondan sonra qızdırma öskürək, xırıltı başlayıb. Aparılan bütün müalicələrə baxmayaraq xırıltı, öskürək getdikcə artırdı və tez-tez temperaturu yüksəlirdi. Valideynləri vəziyyətinin getdikcə pisləşdiyini və vəziyyətinin ağırlığı ilə əlaqədar müraciət etdikləri klinikalarda qəbul etmədikləri üçün bizim klinikaya müraciət etdilər. Ciddi risk daşısa da, körpənon rahat nəfəs alması üçün sümüyü nəfəs borusundan çıxarmaq məcburiyyətində idik. Bronxoskopiya işıqlı alətlə nəfəs borusuna girilərək çətinliklə olsa da, sol ana bronxdan sümüyü problemsiz çıxartdıq. Nəhayət ki, 1 ilin sonunda balaca qızımız rahat nəfəs almağa başladı".


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):