20 il sonsuzluqdan sonra süni mayalanma ilə yarımçıq 7 aylıq 1300 qr doğulan körpəsinə çətinliklə yenicə qovuşan ana onu itirmək təhlükəsi ilə üzləşdi...
Ağır vəziyyətdə dünyaya göz açan körpə 1 ay reanimasiyada yaşamaq üçün mübarizə aparıb, nəhayət ki valideynlərini sevindirə bilmişdi.
Yaşadıqları ucqar rayona getmişdilər,çəkisini 2 kiloqrama qədər artırmışdı, vəziyyəti tam normal idi.
Amma təəssüf ki, bu sevincləri çox uzun çəkmədi..
Uşaqda ciddi narahatçılıq, qusma, qasıq nahiyyəsində şişkinlik göyərmə başlayıb.
Valideyn nə olduğunu bilmədən, hadisənin üzərindən 1 gün keçdikdən sonra rayondakı və yaxın ərazidəki bütün xəstəxanalara müraciət ediblər .
Kilosu az və vəziyyəti ağır olduğu üçün kömək göstərə bilməyiblər.
Və beləcə hadisənin üzərindən təqribən 48 saat keçdikdən sonra olduqca ağır vəziyyətdə bizim klinikaya çatdırıldı. Uşağı bu vəziyyətə salan boğulmuş qasıq yırtığı idi...
Ciddi qan azlığı, infeksiya dəyərlərində artış olsa da məcburi təcili əməliyyata aldıq. Təəssüf ki, keçən gecikdirilmiş 48 saat öz işini görmüşdü. Körpə sağ xayasını və bağırsağının bir qismini itirdi...
Bağırsaq yırtıq kisəsində boğulduğu üçün həm özünün, həm də xayanın qidalanması pozub nekroz eləmişdi, yəni çürümüşdü. Məcburi Sağ xaya çıxarıldı, nazik bağırsağın nekroz olunmuş hissəsi çıxarılaraq uc-uca tikildi. Əməliyyatdan sonra ağır vəziyyətdə neonotoloji reanimasiya şöbəsinə verildi. Neonotoloqlarımızın gərgin səyləri nəticəsində körpə ağır günləri geridə qoydu. Yenidən valideynlərinə qovuşdu və yaşadıqları rayona getdi.
Əməyi keçən bütün tibb işçilərinə təşəkkürlər!
Pediatriya şöbəsi, Uşaq Cərrahı T.ü.f.d. Dr. Fuad Hüseynov @usaq_cerrah_uzman_dr.fuad