Mərkəzi Klinikada 24 yaşlı xəstə anasının böyrəyi ilə yenidən həyata qayıtdı.
Aztibb.az xəbər verir ki, 5 gün əvvəl icra edilən böyrək nəqli ilə xəstənin bütün sağlıq problemləri həll olunub.
Klinikadan bildirilib ki, bu, prempitiv nəql (dializə girmədən böyrək nəqli) ilə həyata keçirilən əməliyyatların daha effektiv olduğuna bir sübutdur.
Xəstənin sağlamlığına qovuşmasında Mərkəzi Klinikanın Ümumi cərrahiyyə, orqan və toxumalar transplantasiyası şöbəsinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Zaur Xəlilov, ümumi cərrah, transplantoloq Tariyel Nadirov və nefroloq Xəyal Rüstəmovun böyük əməyi olub.