Xəbərlər

Cərrah Mama-ginekoloq Əsmər Axundova

Cərrah Mama-ginekoloq Əsmər Axundova: "Tək bir seansla icra olunan hudoplastika əməliyyatı ilə bu kompleksdən birdəfəlik azad olmaq mümkündür"
 
 
 
Klitorisin üzərində qatlanmış, çıxıntılı, sallaq bir dəri olmasının səbəbləri son dərəcə müxtəlifdir. Bəzi qadınlarda bu görünüş genetik olaraq doğuşdan rast gəlinə bilər. Bu kimi hallar olduqda 18 yaşı tamam olmuş fərdlərdə cinsi həzz artırıcı estetik əməliyyat icra olun bilir.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın cərrah mama-ginekoloqu, süni mayalanma üzrə mütəxəssis Əsmər Axundova bildirib.
 
Həkimin sözlərinə görə, təbii doğuş klitoris üzərində qatlanmış dərilərin yaranmasına yol açan digər bir səbəbdir. Sadəcə doğuşa bağlı olaraq ortaya çıxan bu görünüş bəzən tez-tez çəki alıb vermə ilə də yarana bilər.
 
"Çəki alıb-vermə halında dəri altındakı yağ toxuması incəlir, ancaq dəridə gərəkli sıxlaşma meydana gəlmədiyindən sallanmış bir görünüş ortaya çıxır. Belə görüntülər xanımları çox narahat etdiyindən klitoris estetikası (hudoplastika) əməliyyatı gərəkli ola bilir. Tək bir seansla icra olunan hudoplastika əməliyyatı ilə bu kimi problemlərdən birdəfəlik azad olmaq mümkündür", - deyə Əsmər Axundova əlavə edib.
 

Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):