Xəbərlər

İndiyədək 500 qram çəkidə doğulmuş 3 uşaq Mərkəzi Klinika həkimlərinin səyi nəticəsində həyatda qalıb

Azərbaycanda hazırda ən az çəki (500 qram) ilə doğulmuş uşaq 2014-cü ildə hamiləliyin 24-cü həftəsində dünyaya gəlmiş körpədir. Mərkəzi Klinikanın peşəkar həkim-neantoloqlarının düzgün müalicəsi və görülmüş tədbirlər nəticəsində körpə həyatda qalıb. Hazırda uşağın 7 yaşı var və sağlamlığında heç bir problem yoxdur.

Bu barədə Aztibb.az-a Mərkəzi Klinikanın Pediatriya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Sevda Əsədova açıqlama verib.

S. Əsədovanın sözlərinə görə, indiyədək Azərbaycanda 500 qram çəkidə doğulmuş cəmi üç uşaq sağlamlığına qovuşub: “Bu körpələrin hər biri Mərkəzi Klinika neantoloqlarının səyi nəticəsində həyatda qalıb”.

https://aztibb.az/az/news/13792-indiyedek-500-qram-cekide-dogulmus3-usaqmerkezi-klinika-hekimlerinin-seyi-neticesinde-heyatda-qalib-aciqlama


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):