Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunub.
Bu il ilk dəfədir Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi bir şəraitdə qeyd olunur. Ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. 44 gün davam edən Vətən müharibəsi dövründə hər gün yaşayış məntəqələri işğaldan azad olunurdu və həmin torpaqlarda Azərbaycanın şanlı bayrağı ucaldılırdı. Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır