Bu gün Mərkəzi Klinikada daha bir maraqlı layihənin icrasına başlanıldı. Belə ki, Mərkəzi Klinika ilə Bakı Oxford məktəbi arasında əməkdaşlığa əsaslanan bu layihənin əsas məqsədi, tibb təhsili almaq və gələcək karyerasını tibb sahəsində qurmaq arzusunda olan gənclərə bu sahələr üzrə ilkin bilikləin və məlumatların verilməsi, səhiyyə sahəsində maarifləndirilmələrindən ibarətdir.
Layihədə Bakı Oxford məktəbinin nizam-intizam və təhsildə fərqlənən, yüksək xarici dil biliklərinə malik 8 nəfər şagirdi iştirak edir. Layihə müddəti 1 ay nəzərdə tutulur. Bu müddət ərzində məktəblilərin Mərkəzi Klinika və onun ayrı-ayrı şöbələrinin iş prinsipləri ilə ilkin tanışlığı və beləliklə də gənclərə öz gələcək tibb təhsillərini məqsədyönlü və məlumatlı şəkildə seçimlərinə kömək olunması planlaşdırılır. Sonda iştirakçıların sertifikatla təmin olunmaları nəzərdə tutulur.