COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün respublikamızda həyata keçirilən vaksinasiya prosesində dövlət tibb müəssisələrində mövcud olan sıxlığın qarşısının alınması, prosesin daha da sürətləndirilməsi üçün 05.05.2021-ci il tarixindən etibarən vətəndaşlara xidmət üçün Mərkəzi Klinika Ambulatoriyasında "Peyvəndləmə məntəqəsi" yaradılmışdır. Tibb məntəqəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən müəyyənləşdirilmiş qaydada iş şəraiti və tibbi təchizatla təmin edilmişdir. Xəstələrin qəbulu ciddi növbəlilik əsasında və yeni növ koronavirusdan qorunma (tibbi maska, sosial məsafə və dezinfeksiya) qaydalarına əməl edilməklə həyata keçirilir.
Peyvəndləmə AstraZeneca peyvəndi ilə ödənişsiz əsaslarla və 60 yaşı tamam olmuş Azərbaycan vətəndaşları üçün, könüllü qaydada həyata keçirilir.
Əlaqə nömrəsi: (+994) 12 492-10-92 Daxili: 85-15
Məsul şəxs: Natavan Muradova
Ünvan: Zərifə Əliyeva küşəsi, 5