Xəbərlər

Azərbaycan səhiyyəsində İLK!

Azərbaycan səhiyyəsində ilk. Mərkəzi Klinikada 600 qramlıq körpə küvezdə (yataqbaşında) qapalı ürək əməliyyatı olunub .

Körpəmiz 15.01.2021 tarixində 23-24 həftə hestasiya yaşında, 600 qr çəki ilə digər xəstəxanada doğulub, həyatının ilk sutkasında çox ağır vəziyyətdə kilinikamıza təxliyyə olunub. Daxil olarkən ümumi vəziyyəti çox ağır olub. Vaxtından əvvəl doğulmuş uşaq, Ekstremal az çəkili uşaq, Respirator disstres sindrom, Erkən neonatal sepsis diaqnozları ilə Neonatal reanimasiyada süni tənəffüs cihazında izləminə başlanılıb. Laborator, İnstrumental müayinələr olunub. ExoKG müayinəsi zamanı geniş PDA (Patent Doctus Arteriosus) aşkarlanıb. Mərkəzi Klinika Xəstəxananın Baş həkimi, ürək-damar cərrahı Prof. Dr. Kamran Musayev və həkimlərimiz tərəfindən 23.01.2021 tarixində Azərbaycanda ilk dəfə küvez içində 600 qram xəstədə yataqbaşında PDA ləğvi əməliyyatı uğurla icra olunub. Beləliklə körpə suni tənəffüs cihazından ayrılıb. Vaxtından əvvəl doğulmuş olmanın yaratdığı-qida intoleransı, metabolik, tənəffüs pozğunluğu kimi problemlər aradan qaldırılıb. Körpədə ROP müayinəsi aparılılıb, aşkarlanan problemlər vaxtında korreksiya olunub və hazırda körpənin görməsində heç bir problem yoxdur.

Bu gün balaca qəhrəmanımız artıq 1780 qr. çəkidədir və sağ-salamat evinə yola salınır. Körpəmizin sağlam və möhkəm ömür yaşaması üçün əziyyəti keçən Ürək-Damar Cərrahiyə şöbəsi başda Prof. Dr. Kamran Musayev olmaqla, Pediatriya şöbə müdiri T.ü.f.d Neonatoloq Dr. Sevda Əsədova və profesional həkim və tibb bacısından ibarət olan Pediatriya şöbəsi-Neonatalogiya Reanimasiya və intensiv terapiya bölməsi, Əməliyyatxana və Anesteziologiya şöbə müdiri T.ü.f.d Dr. Asəf Məmmədov adından kiçik pasientimizə sonrakı həyatında güclü və sağlam olmağı arzu edirik.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):