Xəbərlər

Mərkəzi Klinikada Vətən Müharibəsində iştirak etmiş əməkdaşlarla görüş keçirildi

Mərkəzi Klinikada Vətən Müharibəsində iştirak etmiş əməkdaşlarla görüş keçirildi.
Bu gün Mərkəzi Klinikada Vətən müharibəsində iştirak edən əməkdaşlarla görüş keçirildi. Görüşdə Mərkəzi Klinikanın Baş direktoru Həsən Qəndilov, Baş direktor müavini Dr. Ceyhun Topçubaşov, Baş həkim Kamran Musayev və  kollektivin digər üzvləri iştirak etdilər. 
Baş direktor Həsən Qəndilov görüşü giriş sözü ilə açaraq vətən müharibəsi iştirakçılarını tək-tək salamladı. O, qeyd etdi ki, xalqımız üçün müqəddəs olan Vətən Müharibəsi dövründə Mərkəzi Klinika kollektivi qələbəmizin daha da yaxınlaşdırılması üçün həm arxa, həm də ön cəbhədə böyük fəallıq göstərmiş, bütün imkanları və qüvvəsi ilə səfərbər olmuşdur. Döyüşlər başladığı ilk günlərdən klinikanın 8 nəfər əməkdaşı öz canları və qanları bahasına ön cəbhədə qəhrəman ordumuzun sıralarında ləyaqətlə hərbi xidmət etmişdir. Bu gün həmin iştirakçıların cəbhədən qalib əsgər kimi qayıdaraq sağ-salamat öz əmək fəaliyyətinə başlamaları və bu görüşdə bizimlə birgə olmaları xüsusilə  sevindirici haldır. Əməkdaşlarımızdan bir nəfər Yusif Budaqov isə şəhidlik zirvəsinə ucalmışdır. Allahdan bütün şəhidmlərimizə rəhmət diləyir və fəxr edirik ki, kollektivimizdə bu cür cəsur və vətənpərvər əməkdaşlar mövcuddur.  
O, sözünə davam edərək bildirdi ki, arxa cəbhədə də, Mərkəzi Klinikanın Gəncə xəstəxanasında yüzlərlə yaralıya tibbi xidmət göstərilmişdir. Mərkəzi Klinika Gəncə xəstəxanası cəphə bölgəsinə yaxın ərazidə yerləşdiyi üçün hərbiçilərlə yanaşı,  Gəncə, Goranboy, Bərdə, Naftalan, Tərtər terrorları zamanı yaralanmış mülki şəxslərin də müalicəsidə müstəsna xidmətlər göstərmişdir. Müharibənin aktiv fazası dövründə olduğu kimi, müharibə bitdikdən sonra da yaralılara tibbi xidmət yüksək səviyyədə davam etmişdir. 
Digər görüş iştirakçıları da əməkdaşlarımızı ürəkdən təbrik etdilər. 
Sonda Vətən müharibəsi iştrakçıları olan əməkdaşlarımız “Təşəkkürnamə” ilə təltif edillərək müxtəlif hədiyyələrlə mükafatlandırıldılar.
 

Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):