Bu gündən Mərkəzi Klinikada personal üçün koronavirusa qarşı vaksinasiya prosesinə başlanıldı. Ilk olaraq Mərkəzi Klinikanın Baş direktor müavini Ceyhun Topçubaşov, Baş həkimlər Kamran Musayev və Şahlar Nəsirov və klinikanın digər rəhbər şəxsləri peyvənd olunublar.Vaksinasiya prosesi bu sahədəki mövcud qaydalara ciddi əməl olunmaqla aparılır və uğurla davam edir.