Xəbərlər

Körpəmiz ölüm riski yüksək olan bağırsaqların nadir ağır inkişaf qüsuru ilə dünyaya göz açdı..

Çəkisi 2200 qr olan körpə qızcığaz ölüm riski yüksək olan bağırsaqların nadir ağır inkişaf qüsuru ilə dünyaya göz açdı.. 

Valideynləri hələ hamiləlik dövründən qızlarının belə bir problemlə doğulacağını bilirdilər.

Ciddi riskli olsa da elə doğulduğu gün çəkisi 2200 olan körpəni bağırsaqlarını qorumaq məqsədilə əməliyyata almaq məcburiyyətində qaldıq..

Əməliyyat zamanı məlum oldu ki, bağırsaqlarda olan problem olduqca ciddidir və belə uşaqların 60 %-i təəssüf ki, həyatını itirir..

Belə ki, bağırsaqlar anormal yerləşirdi,acı bağırsağın ucu kor qurtarırdı və olduqca geniş idi.

Digər bağırsaqlar bətndaxili işləmədiyi üçün olduqca incə idi və bağırsaqları qidalandıran damarlarda ciddi problem mövcuddur (Tip lll b Christmas tree və ya Apple-peel) 

Cərrahi əməliyyatı uğurlu keçdi, bağırsaqlar uc-uca tikildi, normal yerinə yerləşdirildi.

Əməliyyatdan sonra da bizi riskli günlər gözləyirdi ..

Neonotoloqlarımızın sayəsində gözəl qızımız çətin günləri də geridə qoydu.

1 həftə sonra ağızdan normal qidalanmağa başlayaraq tam sağlam evlərinə getdi. @dr.gunelusaqcerrah

Pediatriya şöbəsi, Uşaq Cərrahiyyəsi... Uşaq cərrahı Dr. Fuad Hüseynov və Dr. Günel Əmraslanova 

012 105


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):